Tanzaniyanın iki həftədir axtarılan prezidenti ölübmüş

Tanzaniyanın iki həftədir axtarılan prezidenti ölübmüş

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tanzaniyanın iki həftədir harada olduğu bilinməyən prezidenti Con Maqufilinin öldüyü məlum olub.

oxuinfo.com Qafqazinfo.az portalına istinadla  xəbər verir ki,  Tanzaniya prezidentinin köməkçisi Samia Suluhu məsələ ilə bağlı açıqlama verib.

O, 61 yaşlı Prezident Con Maqufulinin öldüyünü elan edib. Qeyd edək ki, sosial mediada onun yoxa çıxması ilə bağlı müxtəlif iddialar səsləndirilib.

İddiaya görə, afrikalı lider Keniyadakı Nairobi Xəstəxanasına müalicə üçün gətirilib, ancaq xəstənin adı rəsmi səviyyədə təsdiqlənmədiyi üçün açıqlanmayıb.

Xatırladaq ki, Tanzaniyada koronavirus pandemiyası olmadığını irəli sürən prezident yüksək vəzifəli şəxslərin ard-arda ölməsindən sonra xalqı təlaşa qapılmamağa çağırmışdı.

Koronavirusa qarşı heç bir tədbir almayan, qatıldığı tədbirlərdə maskasız görüntülənən prezident virusa qarşı meyvə yeməyi məsləhət görürdü.  O, xalqa nəfəs almada problem yaşayan zaman üç gün dua etməyi tövsiyə etmişdi.