“Taliban” Pəncşirə nəzarəti tam ələ keçirib

“Taliban” Pəncşirə nəzarəti tam ələ keçirib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Taliban” Əfqanıstanın şimal vilayəti olan Pəncşirə nəzarəti tam ələ keçirib.

Bunu “Taliban”ın təmsilçisi Zabiulla Mücahid bildirib.

O qeyd edib ki, “Taliban”a tabe olmayan Pəncşir vilayəti tam olaraq ələ keçirilib.

Əfqan agentliyi “Asvaka” bildirib ki, taliblər artıq Pəncşir qubernatorluğunun binasına öz bayraqlarını sancıblar.

Bildirilir ki, vilayət uğrunda gedən döyüşlərdə hər iki tərəfdən çoxlu komandir ölüb. Onların arasında “Taliban”ın Pəncşir əməliyyatına məsul Qari Fasihuddin də var. Lakin “Taliban” hələlik bu məlumatı təsdiqləməyib./apa