Şüyüdün inanılmaz faydaları

Şüyüdün inanılmaz faydaları

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şüyüd tərkibində müxtəlif vitaminlər, mikroelemenetlər, beta-karotin, fol turşusu və digər faydalı birləşmələrə görə əvəzolunmaz bitkidir.

Bu barədə rusiyalı dietoloq təlimçi Pavel Terexov danışıb.

O, bu ucuz və asan tapılan məhsulu süfrələrin ən vacib inqridienti adlandırıb.

“Bu məhsul olmadan heç bir süfrə tam deyil: şorbalar, pürelər, salatlar, marinadlar – siyahı sonsuzdur”, – mütəxəssis davam edib.

Şüyüdün inanılmaz faydaları

Həkim şüyüdün faydalarını sadalayarkən, onun vitamin və mikroelementlərin çatışmazlığını kompensasiya etdiyini, həmçinin ürək-damar sisteminə faydalı təsir göstərdiyini vurğulayıb.

“Bu bitki damargenişləndirən təsirə malikdir və damar divarını gücləndirir”, – deyə o, əlavə etdi.

Terexov qeyd edib ki, şüyüd orqanizmi toksinlərdən də təmizləyir, çünki o, ödün orqanizmdən xaric olmasını təmin edir və bağırsaqları yumşaldır./oxu