Şuşanın yeni məscidinin memarlıq dizaynının mənası

Şuşanın yeni məscidinin memarlıq dizaynının mənası

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şuşada yeni tikiləcək məscid ən çox diqqət mərkəzində olan xəbərlərdəndir. Məscidin memarlıq dizaynının mərkəzi də ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı Prezident İlham Əliyev özü məscidin memarlıq dizaynının mənasını açqlayıb.

Prezidentin çıxışının o hissəsini diqqətinizə çatdırırıq:

“…Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır.

Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir.

Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.

Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi.

Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır.

Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.” /Şəfəqna