Sürücülük vəsiqəsi almaq üçün ölkə üzrə imtahan maşınları yeniləndi

Sürücülük vəsiqəsi almaq üçün ölkə üzrə imtahan maşınları yeniləndi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinin bütün struktur bölmələrində sınaq avtomobillərinin parkı yenilənib. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi yayıb.

Qurumdan verilən məlumata görə, sürücülük vəsiqəsi almaq istəyənlər GPS sistemi ilə təchiz edilmiş, SKODA RAPID modelli müasir avtomobillərlə “B” kateqoriyası üzrə praktiki sınaq imtahanından keçirlər.

“İnfrastruktur və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Xidmət Agentliyi tərəfindən praktiki imtahanların keçirilə biləcəyi bütün struktur bölmələrində mərhələli şəkildə infrastruktur və texniki işlər həyata keçirilib.

2021-ci ilin əvvəlində, ilkin mərhələdə, yalnız Rustavi və Qori struktur bölmələrində köhnə sınaq maşınları yeniləri ilə əvəz olundu, bu yaxınlarda isə bütün ölkə üzrə bütün struktur bölmələrində donanma yeniləndi “dedi./1tv