Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var

Sudanın hərbi hakimiyyətinə qarşı etirazlar başlayıb, toqquşmalarda ölənlər var

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sudanın paytaxtı Xartumun ətrafındakı Omdurman kəndində hərbi şuranın təhlükəsizlik qüvvələri ilə etiraza qalxan vətəndaşlar arasında toqquşma olub.

Bu barədə Sudanın Həkimlər Mərkəzi Komitəsi məlumat yayıb.

“Sudan ordusu komandirinin qərarlarına qarşı oktyabrın 30-da təşkil olunan nümayidə iki etirazçı həlak olub”, – məlumatda deyilir.

Bundan əvvəl yüzlərlə nümayişçinin Omdurman şəhərində küçələrə çıxdığı bildirilirdi.

Bu arada paytaxtın özündə təhlükəsizlik qüvvələri bütün mərkəzi küçələri və körpüləri bağlayıb./report