Şüarların və adların zahirinə aldanmayaq

Şüarların və adların zahirinə aldanmayaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
İslamda istənilən bir zərər qadağandır. Cana və xalqa vurulan zərər; həyat yoldaşına və övlada zərər; vərəsəyə zərər; zərərli təlimlər; müamilə zərərləri və borclar; əqidə məktəbi və vəhdətə zərər.
Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 107-ci ayəsində buyurur:
وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
“(Münafiqlərdən bir dəstəsi) o kəslərdir ki, İslama zərbə vurmaq, küfrü yaymaq və möminlər arasında təfriqə salmaq, Allah və Onun Rəsulunun qədim düşmənlərinə pusqu üçün məscid tikdilər. Onlar daim and içirlər ki, məqsədləri yalnız xeyirdir. (Amma) Allah şahiddir ki, onlar yalançıdırlar.”
Ayədə “Zirar” məscidinin əhvalatına işarə olunur. Münafiqlər zəif və xəstə adamları, yağışlı günləri bəhanə edərək Qoba məscidi qarşısında başqa bir məscid tikdilər. Əslində bu məscid onlar üçün mərkəz idi. Təbuk döyüşünə yola düşməmişdən öncə Peyğəmbərdən (s) istədilər ki, həmin yerdə namaz qılıb açılış aparsın. Peyğəmbər (s) Təbukdan qayıtdıqdan sonra ayə nazil oldu və münafiqlərin iç üzü açıldı. Peyğəmbər (s) göstəriş verdi ki, məscid oda çəkilsin, viran qoyulsun…
Rəvayətlərə əsasən, “Zirar” məscidi Mədinədə Əbu-Amirin göstərişi ilə tikilmişdi. Hənzələnin (Qəsilül-Məlaikənin) atası olan bu şəxs məsihi abidlərindən idi. Bu şəxs Xəzrəc qəbiləsində nüfuz sahibi idi. Peyğəmbərin (s) hicrəti və İslamın nüfuzunun genişlənməsindən sonra Peyğəmbərlə (s) müxalifətə başladı. Əbu-Amir Ühüd döyüşündə öz münafiq rolu ilə seçilmişdi. Nəhayət, Məkkəyə qaçmış və oradan Ruma gedib Rum padşahından İslama qarşı kömək istəmişdi. Maraqlıdır ki, münafiqlərin başçılarından olan bu şəxsin oğlu Hənzələ İslam aşiqi olmuş və şəhadətə yetmişdir.
Əbu-Amir Həzrət Peyğəmbəri (s) Zirar məscidinə namaza dəvət etdiyi vaxt üç məsələ haqqında danışmışdı: cəmiyyət namazına eşq, zəiflərə eşq, rəhbər və onun namazına eşq. Amma bütün bu sözlər riyakarlıqdan başqa bir şey deyildi. Münafiqlər daim belə olmuşlar. Musaya qarşı Samiri fitnəsini törətdilər, peyğəmbər məscidi qarşısında əməvi məscidi tikdilər, Həzrət Əlinin (ə) qarşısında Quranı nizəyə taxdılar. Samirinin buzovu yandırıldığı kimi, münafiqlərin də məscidi yandırıldı. Bu, tarixi bir dərs idi.
Yezidin imam Hüseynə (ə) qalib gəlməsi münasibəti ilə Kufə və Şamda məscid tikildi. İmamlar bu məscidləri “məlunə” adlandırmışlar!
İslamda istənilən bir zərər qadağandır. O cümlədən: cana vurulan zərərlər; xalqa zərər; həyat yoldaşına zərər; övlada zərər; vərəsəyə zərər; zərərli təlimlər; müamilə zərərləri və borclar; əqidə məktəbi və vəhdətə zərər.
Bildirişlər
1. Düşmən məscid və məzhəbdən din əleyhinə istifadə edir. Şüarların və adların zahirinə aldanmayaq.
2. Fitnəkarlar hətta Peyğəmbərin (s) namazından öz mənafeləri üçün istifadə etmək istəyirlər.
3. Məscid tikmək yox, bu işdə xalis niyyət əsasdır.
4. İslamda istənilən növ zərər qadağandır. Zərər məqsədi ilə tikilən məscid də bu qəbildəndir.
5. Düşmənlərin əlində alətə çevrildikdə məscid öz müqəddəsliyini itirir.
6. Allah Öz peyğəmbərinin və dinin hamisidir. O, vəhy yolu ilə münafiqlərin fitnələrini ifşa edir.
7. Müsəlmanlar arasında təfriqə yaradan istənilən bir məscid Zirar məscididir.
8. Münafiqlər kafirlərə xidmət edirlər.
9. Xarici düşmənlərlə mübarizə zamanı daxili düşmənləri yaddan çıxarmayaq. Münafiqlər Təbuk döyüşündən öncə rəsmi şəkildə Peyğəmbərdən (s) istədilər ki, onların mərkəzində açılış etsin. Amma Peyğəmbər (s) Mədinədə Həzrət Əlini (ə) öz yerində qoyub geri qayıtdıqdan sonra Zirar məscidini sökdü.
10. Müsəlmanların vəhdətini pozmaq küfrə bərabərdir.
11. Yalan and münafiqlərin üsuludur.
12. Düşmən tərəfin iddia və təbliğatına aldanmayaq.
13. Yalan kafir və münafiqlərin xislətidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.5, “Tövbə” surəsi, 107-ci ayənin təfsiri.)
Maide.az