Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması planını elan edib. Genlərin redaktə olunması texnologiyasının (CRISPR) imkanlarını sərgiləmək üçün sözügedən startap 4000 il bundan öncə nəsli kəsilmiş tüklü mamontu yenidən bərpa edəcək. Tədqiqatçılar bildiriblər ki, onlar bu texnologiya vasitəsilə insanlar üzərində təcrübələr aparmayacaqlar. Onların əsas məqsədləri isə planetdə bioloji müxtəlifliyin qorunub saxlanmasıdır. Onların sözlərinə əsasən tüklü mamontu yenidən bərpa etməklə onlar bütün dünyaya CRISPR texnologiyasının imkanlarını sərgiləmək istəyirlər.

 

Tədqiqatçıların məhz tüklü mamontu seçmələri heç təsadüfi deyil. Belə ki, 2015-ci ildə tüklü mamontun genomundakı amin turuşuları ilə nukleotidlərin arıdıcıllığı təyin edilmişdi. Alimlər qeyd ediblər ki, onlar bu planı artıq 6 ildən sonra reallaşdıra biləcəklər. Colossal startapının fəaliyyətini xüsusi konsultativ heyət idarə edəcək. Həmin heyətə bioloji etika sahəsində fəaliyyət göstərən mütəxəssislər daxil olacaqlar. İlkin mərhələdə Asiya filinin genetik təkmilləşdirilmiş versiyası yaradılacaq. Həmin versiyanın genomu isə tüklü mamontun genomuna bənzər olacaq. Növbəti mərhələdə isə artıq tüklü mamontun yaranıb-yaranmadığını bilmək mümkün olacaq./technote