Şri-Lankada hərbçilərdən müsəlmanlara qarşı aqressiya aktı

Şri-Lankada hərbçilərdən müsəlmanlara qarşı aqressiya aktı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şri-Lanka hakimiyyəti onlarla müsəlmanın hərbçilər tərəfindən ictimai şəkildə təhqir edilməsi ilə bağlı araşdırma aparacağına dair söz verib.

Belə ki, həftəsonu sosial şəbəkələrdə yayılan kadrlarda müsəlmanların əsgərlər önündə diz çökdürüldüyü görünürdü.

Bildirilir ki, Şri-Lankada karantin rejiminə nəzarət edən hərbçilər müsəlmanları zor gücü ilə diz çökdürdüblər. Hərbçilər həmin müsəlmanların karantin qaydalarını pozduğunu iddia etsələr də, hərbçilərin özbaşınalığından zərər çəkmiş müsəlmanlar karantin qaydalarını pozmadıqlarını bildiriblər.

Zərərçəkənlərdən biri olan Məhəmməd Mərzuk deyib ki, insulin almaq üçün aptekə gedib, lakin hərbçilər onu saxlayıblar. O, hərbçilərə dərmanın qutusunu göstərsə də, onlar onu diz çökdürərək döyüblər.

Sözügedən görüntüləri sosial şəbəkələrdə geniş yayılmasından sonra ordu hadisəni etiraf edərək onu araşdırmaq məcburiyyətində qalıb.

Shafagna