Əsrarəngiz məscidlər şəhəri: Qeyrəvan

Əsrarəngiz məscidlər şəhəri: Qeyrəvan

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Afrikanın şimal-qərbində Tunis şəhərinin ərazisində bir vaxtlar Əndalusiya, Ərəb qərbin və İslam dünyasının elm və mədəniyyət incisi olmuş bir şəhər yerləşir.

Qeyrəvan adlanan bu şəhər məscid çoxluğuna və İslamın ilk əsrlərinin çoxsaylı mücahidlərinin mədfəni olduğuna görə Məkkə, Mədinə və Qüdsdən sonra müsəlmanlar üçün müqəddəs və əziz sayılır.

Qeyrəvan şəhəri qədim divarları, evlərin sehirli gözəlliyi, məscidləri, məzarlıqları, bazarları, kitabxana və mədrəsələri ilə müsəlmanların şanlı tarixinə əsrarəngiz bir rəng qatmışdır. Bu şəhərin havasından səmimiyyət və ruhaniyyət süzülür. Bu şəhər uzun əsrlər İslam dini üçün elm, mədəniyyət və təbliğ beşiyi olmuşdur.

Hər bir guşəsində İslam tarixinin izləri olan və hicrətin 50-ci ilində İslam dünyasının qərbində inşa edilən bu şəhərdə 300 məscid var.

Əsrarəngiz məscidlər şəhəri: Qeyrəvan

Bu məscidlərin ən qədim tarixə malik olan “Ənsari məscidi”dir ki, İslamı 1400 il öncə bu diyara aparmış mücahidlərin məzarı üzərində tikilmişdir. Buna görə də məscidin yerləşdiyi əraziyə “Şürəfa” (Şərəflilər) və ya “Ənsar” məhəlləsi də deyilir.

Qeyrəvan xanımları arasında belə bir adət var ki, öz istəklərini almaq üçün bu məscidin divarlarına təbərrük edirlər və bu niyyətlə məscidin divarına həna yaxırlar. Buna görə də məscidin digər adı “Əl-Mühənniyə”dir.

“Ənsar məscidi” Tunisin sufiləri üçün çox əhəmiyyətlidir. Onlar bu məscidin müxtəlif guşələrinə toplaşır, etikaf saxlayır və zikr deyirlər. Gündüzlər isə məscid Quran qariləri və hafizlərinin ünsiyyət yeri olur.

Qeyrəvan əhalisi məscidin qonaqlarına qəhvə, çay və şirini ehsan edirlər.

Əsrarəngiz məscidlər şəhəri: Qeyrəvan

Qeyrəvanda məşhur olan digər bir məscid isə “Əqəbət ibn Nafe” məscididir. Bu came məscidi Əqəbət ibn Nafe inşa etmişdir. Bu məscid Qeyrəvan şəhərinin bünövrə daşı sayılır. Şəhərin məscidə yapışmış “Darul-İmarəsi” indi minlərlə cild kitabı ehtiva edən böyük bir kitabxanadır.

İslam dünyasının böyük məscidlərindən biri olan bu məscidin çöl görünüşü böyük bir divar səddinə oxşayır. Məscidin “sumə” adlanan minarəsi hamını heyran qoyur.

iqna.ir