Şprisin əvəzinə yeni icad

Şprisin əvəzinə yeni icad

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Stenford və Şimali Karolina Universitetinin (UNC) alimləri birgə iş nəticəsində iynə ehtiyacını aradan qaldıran 3D çaplı peyvənd yaması hazırladıqlarını açıqlayıblar.

Bu barədə Şimali Karolina Universitetinin yaydığı açıqlamada bildirilib.

Məlumata görə, hazırlanan 3D çaplı peyvənd yamasını insanlar özləri də heç kimin köməyi olmadan istifadə edə biləcəklər.

Belə ki, sarğıya bənzəyən yamaq sayəsində şprisə artıq ehtiyac qalmır. Bunun üzərinə yerləşdirilən peyvənd yamaqdakı mikro iynələr sayəsində dəri altına keçə biləcək./qafqaz