Şotlandıyalı keşişin Peyğəmbərin (s) həyat tərzi haqqında yaradıcılığı

Şotlandıyalı keşişin Peyğəmbərin (s) həyat tərzi haqqında yaradıcılığı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İslam Peyğəmbərinin (s) həyatına və ümumiyyətlə onun tərcümeyi-halına nəzər salsaq, İslamı daha yaxşı başa düşə bilərik. Bu məsələnin əhəmiyyəti ondan irəli gəlir ki, Qərbdə İslamofobiya yaranıb və sürətlə artır. Buna görə də, bu dini daha yaxşı başa düşmək, İslamın və İslam Peyğəmbərinin (s) təhrif edilməmiş və həqiqi obrazını göstərməyə çalışmaq getdikcə daha çox hiss edilir.

İslam Peyğəmbərinin (s) həyatını dərk və izah etmək qərbli və qeyri-müsəlman İslamşünas tərəfindən araşdırıldıqda xüsusi əhəmiyyət kəsb edir.

Kilsə kökləri olan İslamşünas

Görkəmli şotlandıyalı şərqşünas və islamşünas Vilyam Montqomeri Vatt, Peyğəmbərin (s) tərcümeyi-halını tədqiq etmiş və bu mövzuda iki dəyərli kitab nəşr etdirmişdir.

O, dindar məsihi bir ailədə dünyaya gəlmişdi. 1939-cu ildə Yepiskop Kilsəsində pastor, 1940-cı ildə isə keşiş təyin edildi.

İslamda determinizm mövzusunda doktorluq dissertasiyasını tamamlayıb.

Vatt və yanlış təsəvvürləri düzəltməyə çalışmaq

21-ci əsrin qeyri-müsəlman İslam alimi Martin Forvard, Vatın kitabları haqqında belə deyir: “Onun kitablarında Peyğəmbərin (s) sosial ədalətə sadiqliyinə böyük əhəmiyyət verilmişdir. Vatt, onu Əhdi-Ətiq peyğəmbəri kimi təsvir edir ki, Ərəbləri tək Allaha iman gətirməyə qaytarmaq üçün göndərilmişdir.”

Edinburq Universitetinin İslam tarixi professoru Carol Helenbrand də, Vatt haqqında deyir: “O, nisbətən radikal teoloji fikirlər söyləməkdən qorxmurdu. O, tez-tez İslamı öyrənməsinin ona öz xristian inancına necə təsir etdiyi sualı üzərində düşünürdü. O, İslamın Allahın birliyinə vurğu etməsinin onu Quranda şiddətlə tənqid edilən Xristianlıq Üçlük doktrinasına yenidən baxmağa vadar etdiyini iddia edirdi. O, belə bir fikri ifadə etdi ki, Üçlüyün (Təslisin) həqiqi təfsiri, Allahın üç şəxsdən ibarət olması demək deyil. Onun fikrincə, Üçlük “bir Tanrının üç müxtəlif üzünü” təmsil edir.”

İslam Peyğəmbərinin (s) həyatından bəhs edən kitablar

Onun İslam Peyğəmbərinin (s) hərtərəfli tərcümeyi-halı haqqında iki kitabı var. Bunlar, 1953-cü ildə nəşr olunan “Məhəmməd Məkkədə” və 1956-cı ildə nəşr olunan “Məhəmməd Mədinədə” kitablarıdır.
Bir neçə il sonra, 1961-ci ildə Oksford Universiteti, onun “Məhəmməd, peyğəmbər və dövlət xadimi” adlı üçüncü kitabını nəşr etdi./iqna