Şotlandiyada Britaniyadan ayrılmaq istəyənlər seçkilərdə qalib gəlib

Şotlandiyada Britaniyadan ayrılmaq istəyənlər seçkilərdə qalib gəlib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şotlandiyada parlament seçkilərinin nəticələri açıqlanıb.

Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını istəyən iki siyasi partiya bu siyasi kampaniyada qalib olub.

Bildirilib ki, Şotlandiya Milli Partiyası 129 mandatdan 64-nü, Yaşıllar Partiyası isə 8-ni qazanıb. Bununla da separatçı sayılan bu iki partiya bir yerdə parlamentdə 72 yer əldə edib.

Məlumata görə, onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün referendumun keçirilməsinə çalışacaqlar.

Qeyd edək ki, mayın 6-da Böyük Britaniyanın bu ölkəsində parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri mayın 9-da gecə saatlarında açıqlanıb.

report.az