SOS: Bu ölkədə 1 milyon uşaq ölə bilər - DÜNYAYA ÇAĞIRIŞ EDİLDİ

SOS: Bu ölkədə 1 milyon uşaq ölə bilər – DÜNYAYA ÇAĞIRIŞ EDİLDİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Əfqanıstanda 5 yaşınadək azı 1 milyon uşaq təcili müalicə olunmasa, qida çatışmazlığından ölə bilər”. 

Bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris deyərək, beynəlxalq ictimaiyyəti ölkəyə humanitar yardım göstərməyə çağırıb.

M.Harris Əfqanıstanda qidalanmanın getdikcə artan problem olaraq qaldığını bildirib: “Bu ilin sonuna kimi 3,2 milyon uşağın 5 yaşınadək ciddi qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir. Bu uşaqların azı bir milyonu təcili müalicə olunmasa, ölmək riski altındadır”.

ÜST nümayəndəsi, həmçinin, 2021-ci ildə Əfqanıstanda qızılca xəstəliyinin yüksək olmasına da diqqət çəkib: “Qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün qızılca da problemə çevrilib. 2021-ci ilin yanvar ayından etibarən ölkədə qızılcaya yoluxma hallarının 24 mindən çox kliniki, 2397 laborator təsdiqi qeydə alınıb. Bu xəstəlikdən 87 ölüm hadisəsi baş verib”.

Harris beynəlxalq ictimaiyyəti ehtiyacı olan əfqanlara kömək etməyə çağırıb./lent