Son iki həftə ərzində Ukraynanı 2,2 milyondan çox insan tərk edib

Son iki həftə ərzində Ukraynanı 2,2 milyondan çox insan tərk edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rusiyanın hərbi əməliyyatları başlayandan indiyədək təxminən 7,5 min ukraynalı Fransaya gəlib.

Bu barədə Fransa Daxili İşlər Nazirliyində keçirilən xüsusi brifinqdə bildirilib.

Fransanın daxili işlər naziri Gerald Darmanin deyib ki, onlardan 3 min nəfəri son iki gündə gəlib. Nazirin sözlərinə görə, hazırda Fransa hakimiyyəti 25 min nəfəri yerləşdirmək gücünə malikdir.

“Biz daha çox insan üçün şərait hazırlamağa çalışırıq ki, onların sayı yaxın günlərdə və ya həftələrdə artacaq, 50 min, bəlkə də 100 min qaçqını qəbul etməyə hazır olmalıyıq”, – nazir qeyd edib.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, son iki həftə ərzində Ukraynanı 2,2 milyondan çox insan tərk edib.