Soda koronavirusu öldürürmü? - Sübut olundu

Soda koronavirusu öldürürmü? – Sübut olundu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Rusiyanın məşhur professoru, topoqrafik anatomiya kafedrasının rəhbəri Qennadiy Yudin koronavirusdan özünün sağaldığını bəyan edərək, öz reseptini açıqlayıb.
“Mən virusoloq olmasam da, neçə illərdir tibbdə külüng vururam. 30 ildir tibbi akademiyaya rəhbərlik etmişəm, əməkdar ixtiraçıyam. Mİnlərlə tələbəm var. Bu gün virusla döyüşən tələbələrimə və həkimlərə bu çətin dövrdə heç bir kömək edə bilmədiyimə görə bu yaşlı vaxtımda utanıram.
Qərara gəldim ki, beynimdə qalanları eşələyib, koronavirusun erkən mərhələdə qarşısını almaq və məhv etmək üçün bir metod icad edim. Bu burun ciblərinin, boşluğunun yüksək temperaturda təmizlənməsidir.
Koronavirusun üzəri lipid yağ kimi qatla örtülüdür. O, 60 dərəcə temperaturda 10 dəqiqəyə ölür. İlk 4-5 sutkada ağız boşluğu və burun selikli qişasında yaşayır, ordan da sonra aşağı tənəffüs orqanlarına keçir.
Mən təklif edirəm ki, virusu elə ilk olduğu yerdə burun boğazda inaktivləşdirmək, yəni 80-90 dərəcə temperaturun təsiri ilə məhv etmək lazımdır. Bunun üçün çay sodası istifadə oluna bilər.
Metod aşağıdakı kimidir:
1 litr suya 1 xörək qaşığı soda töküb, oda qoyub, qaynadılır. Qaynara düşən kimi, başına dəsmal atıb, bu suyun buxarında nəfəs alırsız, inhalyasiya edirsiz. Ağzınız açıq. Prosedur 12 dəq davam etməlidir. Az müddətdə etmək olmaz. Hər gün bunu evdə edin.
Medicina.az