Sloveniyanın ilk məscidi görənləri heyran edir - Foto

Sloveniyanın ilk məscidi görənləri heyran edir – Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sloveniya paytaxtının yeganə məscidi Avropanın ən gözəl məscidlərindən biri hesab edilir.

Lyublyananın inşası 2020-ci ildə tamamlanmış Müsəlman Mədəniyyət Mərkəzi özünün müasir üslubdakı dizaynı ilə diqqətləri öz üzərinə çəkir.

Məscid müsəlman mərkəzi kompleksinə daxil olan 6 binadan biridir. Orada 1400 nəfər ibadət edə bilər. Binalar ağ betondan inşa edilib. Minarənin uzunluğu isə 40 metrdir. Kompleksdə həmçinin idman zalı, təhsil mərkəzi, restoran və park da var.

Bu məscid ölkənin ilk və yeganə məscididir. Sloveniyanın müsəlman icması onun hazırlanmasının üzərində 1969-cu ildən – komunist Yuqoslaviya dövründən işləyirdi.

2000-ci illərin əvvəllərində icma tikinti icazəsini ala bilib, lakin sağçı-radikallar Sloveniya paytaxtında müsəlman ibadətgahının yaradılmasına mane olmağa başladılar və nəticədə proses uzandı. Müsəlmanlar planlaşdırılan məscidin yerini dəyişməli olublar və onun təməlinin ilk daşı yalnız 2013-cü ildə atıla bilib.

Kompleksin inşası 34 milyon avroya başa gəlib.

Müsəlmanlar kompleksdən istənilən saat istifadə edə bilərlər, qeyri-müsəlman qonaqlar isə oranı günün müəyyən saatlarında ziyarət edə bilərlər.

iqna.ir