Siqaret çəkənlər koronavirusun ağır formasına daha çox yoluxa bilər

Siqaret çəkənlər koronavirusun ağır formasına daha çox yoluxa bilər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Uzun müddət siqaret çəkən insanlarda koronavirus infeksiyasının ağır gedişatına yoluxma riski demək olar ki, iki dəfə çoxdur.

Bu barədə Yaponiyanın Beynəlxalq Sağlamlıq üzrə Milli Araşdırma Mərkəzi xəbərdarlıq edib.

Mərkəzdən bildirilib ki, xüsusən qadınlarda kişilərə nisbətən bu ehtimal daha yüksəkdir.

 

Tədqiqat ötən ilin fevral ayına qədər xəstəxanaya yerləşdirilən 20-80 yaşlı 17,6 min nəfərin məlumatları əsasında aparılıb.

Mütəxəssislər bunu siqaret çəkənlərin daha çox xroniki xəstəliklərdən əziyyət çəkməsi, ağciyər və ürəyində problemlərin olması, həmçinin onların virusa qarşı daha həssas olmaları ilə əlaqələndiriblər.

Mənbə: RİA Novosti