Sinqapur küçələrində asayişə nəzarət üçün xüsusi avtonom robot istifadəyə verilib (VİDEO)

Sinqapur küçələrində asayişə nəzarət üçün xüsusi avtonom robot istifadəyə verilib (VİDEO)

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sinqapur küçələrində Xavier adlı avtonom robot istifadəyə verilib. Bu robot parkinq qaydalarının pozulub-pozulmamasına nəzarət edir və siqaret çəkilməsi qadağan edilmiş yerlərdə siqaret çəkən şəxsləri təyin edərək onlara xəbərdarlıq edir. Xəbərdarlıq edəndən sonra sözügedən robot mövcud məlumatları analitika və idarəetmə mərkəzinə göndərir. Xavier avtonom rejimdə çalışan robotdur və o, arzuolunmaz sosial davranışların aradan qaldırılması üçün nəzərdə tutulub.

Təqdim edilmiş videoda görmək olar ki, robot müəyyən şəxsə yaxınlaşır və ona olduğu yerdə siqaret çəkmənin qadağan olduğu xəbərdarlığını edir. Tərtibatçıların sözlərinə əsasən robot bu və ya digər qanun pozuntusunu aşkar edəndən sonra o bu barədə məlumatı operatorlara göndərir. Daha sonra robotda səsli müraciət tətbiqlərindən biri işə düşür və o, vətəndaşları qanun pozuntusu barədə xəbərdarlıq edir. Robotun ilk testinə 5 sentyabr tarixində start verilib və test müddəti 3 həftə davam edəcək.

Test müddəti ərzində robot siqaret çəkilməsinin qadağan olunduğu yerlərdə siqaret çəkən şəxsləri, qanunsuz ticarətçiləri, piyada yollarında dayanan motosikl və elektrosamokat sürücülərini və məhdud saydan daha çox insana sahib böyük insan qruplaşmalarını təyin edəcək. Qeyd etmək lazımdır ki, robotun daxilində 360 dərəcəlik kamera və gecə görüntüsü funksiyası mövcuddur. Gözləntilərə əsasən Sinqapur küçələrində bu cür robotların istifadəyə verilməsi öz növbəsində qanuna riayət səviyyəsini yüksəldəcək./technote