Sind əyalətində məktəblərdə Quran dərsi məcburi olacaq

Sind əyalətində məktəblərdə Quran dərsi məcburi olacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Sind əyalət məcsilinin üzvləri bütün təhsil müəssisələrində Qurani-Kərimin tədrisinin məcburi edilməsi layihəsini müzakirə ediblər.

Bu layihəni məclisinin müzakirəsinə “Təhrik İnsaf” (PTİ) partiyasının əyalət məclisindəki üzvləri çıxarıb.

“Təhsil ocaqlarında Qurani-Kərimin icbarı tədrisi – 2021” qanun layihəsini Təhrik İnsaf” (PTİ) partiyasının əyalət məclisindəki üzvləri Şəhzad Qüreyşi, Rabiə Əzfər və Ərslan Tac hazırlayıblar.

Layihənin hazırlanması barədə Pakistanın İslami Cəmaət Təşkilatının rəhbəri müfti Təqi Osman və digər alimlərlə məşvərət və məsləhət edilib.

Layihəyə əsasən Qurani-Kərim orta təhsil müəssisələrinin 6-cı sinifindən 12-ci sinifinədək tərcümə ilə öyrədilməlidir.

Bu qanun layihəsinin hədəfi gələcək nəslinin mənəvi saflığını qorumaq və onları azğın cərəyanlardan qorumaqdır.

Qeyd edək ki, bundan öncə də Qurani-Kərimin məcburi tədrisi Pakistanın Pəncab əyalətində universitet və orta müəssisələrində tətbiq edilmişdi.

Qeyd edək ki, Quranın tədrisinin icbari olması qeyri-müsəlman şagirdlərə aid deyil, onların bu fənnin əvəzinə əxlaq dərsi oxuya bilərlər.

iqna.ir