Şiə mərcəiyyəti Fələstin xalqının şücaətli müqavimətini qətiyyətlə dəstəkləyir

Şiə mərcəiyyəti Fələstin xalqının şücaətli müqavimətini qətiyyətlə dəstəkləyir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ayətullah Sistani Fələstində baş verməkdə olan hadisələrə münasibət bildirib.

İşğalda olan Fələstin torpaqlarında, xüsusi ilə də Əqsa məscidində baş verən hadisələrin və işğalçı İsrail rejiminin törətdiyi cinayətlərin ardınca şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani cənablarının Nəcəf şəhərindəki dəftərxanası bəyanat yayıb.

Bəyanatın mətni belədir:

“Bismillahir-Rəhmanir-Rəhim

Şiə mərcəiyyəti bir daha başıuca Fələstin xalqının sionist işğalçılar qarşısındakı şücaətli müqavimət və duruşunu qətiyyətlə dəstəklədiyini vurğulayır.

Həmin işğalçılar ki, yenə çalışırlar ki, işğalda olan Fələstin torpaqlarından daha çoxunu qopasınlar və Fələstin xalqının digər bir hissəsini də şərəfli Qüds diyarından didərgin düşməyə məcbur etsinlər.

Şiə məzhəbinin dini mərcəiyyəti azadlıqsevər xalqları Fələstin millətini onlardan zorla alınmış hüquqlarını geri almaqda dəstəkləməyə çağırır.

Bu günlərdə Əqsa məscidi ətrafında və digər işğal olunmuş Fələstin torpaqlarında müşahidə olunan zorakılıq və şiddətli qarşıdurmalar, şübhəsiz ki, Fələstin xalqının davamlı təcavüz və vəhşicəsinə işğalın qarşsında səlabətli və möhkəm duruşunun göstəricisidir.

Fələstinlilərin bu mübarizəsi göstərir ki, onlar işğal edilmiş torpaqlardakı haqlarından heç bir qiymətə vaz keçməyəcəklər, bu fədakarlıq onlara çox ağır qiymətə başa gəlsə belə.

Allah-Taaladan istəyirik ki, onlara kömək olsun, öz qələbəsini onların köməyi qərar versin. Həqiqətən qələbə hikmət sahibi və mütəal Allah tərəfindəndir”.

29 Ramazan 1442 hq.

iqna.ir