Sevgi insanın psixoloji vəziyyətinə necə təsir edir?

Sevgi insanın psixoloji vəziyyətinə necə təsir edir?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Mühazirə zamanı Qız tələbələrdən biri soruşur. Sevgi insana psixoloji və cismi baxımdan təsir edirmi? Tibb Akademiyasının Psixiatriya və Nevrologiya professoru Dr.Camal Fraveyz bu sualın cavabında deyir: Kodlaşdırılmış elmi əsaslara əsaslanan bu suala aydın bir cavab almaq üçün ilk öncə bunun əksini sübut etməliyik. İndi Mən sizə sual verirəm, stress və narahatlıq bədənə təsir edirmi?
Biz bilirik ki, insan stres və narahatlıq hissi keçirdikdə bədənin adrenalin səviyyəsi yüksəlir bu da bədəndəki qan damarlarının gərilməsinə səbəb olur. Eyni zamanda başda və gözdə ağrılara səbəb olur. Nəticə etibarı ilə ürək bulantısı yaranır. Bununla yanaşı ağızda quruluq, gözdə torlanma və sinə nahiyəsində sıxılma baş verir. Bu da bədən üzvlərində titrəmə, üyüşmə, soyuqluq və ekstremitələrə və mədədə tərləməyə səbəb olur. Eyni zamanda mədə şirəsində artıma, mədə ağrısına, beldə şiddətli ağrılara, ürək döyüntüsünün artmasına və s.. də səbəb olur.
İnsan, növündən asılı olmayaraq sevgi hiss etdikdə psixoloji durumu stabilləşir. Psixoloji vəziyyət isə fiziki vəziyyətə təsir göstərdiyindən bu zaman bədənin qan dövranı yaxşılaşır, əzələlərin fəaliyyəti rahatlaşır bu da öz-özlüyündə ürək döyüntülərinin tənzimlənməsinə səbəb olur. Bundan əlavə sevgi hissi yaşayan insanın ağızdakı tüpürcək bezləri tənzimlənir, danışma rahatlığı və rahat nəfəs alma, iş qabiliyyətinin artması, eşitmə qabiliyyətinin yaxşılaşması və mənəviyyat hissinin yüksəlməsi kimi hallar müşahidə olunur.
Dr. Camal Farveiz, Qahirə Tibb Akademiyasının Psixiatriya və Nevrologiya Şöbəsinin Professoru.

Ərəbcədən tərcümə etdi: Vidadi Qurbanov