Serotonin və dopamini sərbəst buraxmaq üçün nə etməliyik?

Serotonin və dopamini sərbəst buraxmaq üçün nə etməliyik?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Stres insan orqanizmində “pis” xolesterinin səviyyəsini artıra bilər.

Bunu ingiltərəli tanınmış nutrisioloq Timoti Leqq bildirib.

Onun sözlərinə görə, stres insan orqanizmində mürəkkəb prosesləri işə salır.

“Belə ki, insan əsəbi olanda kortizol hormonu və adrenalin ifraz olunur, bu da trigliserid yağların ifraz olunmasına gətirib çıxarır. Bu yağlar orqanizm üçün əsas enerji mənbəyidir, lakin onların artıqlığı insanlar üçün təhlükəli olan “pis” xolesterinin əmələ gəlməsinə səbəb olur”, – ekspert izah edib.

O qeyd edib ki, serotonin və dopamini sərbəst buraxmaq üçün idman etmək və sağlam qidalanmaq lazımdır.

Qidalanma mütəxəssisi narahatlıq səviyyəsini azaltmaq üçün həmçinin banan, brokoli, ispanaq, avokado və tünd şokolad istehlak etməyi tövsiyə edib./oxu