Sentyabr ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı 348,8 faiz artıb

Sentyabr ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı 348,8 faiz artıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Milli Turizm İdarəsinin hesabatında deyilir ki, 2021 -ci ilin sentyabr ayında Gürcüstana 226,662 beynəlxalq səfər edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 348,8 faiz çoxdur.

Məlumata görə, beynəlxalq ziyarətçilər tərəfindən Gürcüstana quru yolu ilə 92 437, hava yolu ilə 131 594, dəniz yolu ilə 646, dəmir yolu ilə 1985 səfər edilib.

Konkret ölkələrin məlumatları belədir: Rusiya – 33 139 ziyarətçi, Türkiyə – 32 281 ziyarətçi, Ukrayna – 22 972 ziyarətçi, Gürcüstan (qeyri -rezident) – 21 322 ziyarətçi, Ermənistan – 18 158 ziyarətçi, Belarus – 11 858 ziyarətçi; Qazaxıstan – 10 930 ziyarətçi; Səudiyyə Ərəbistanı – 9338 ziyarətçi; Azərbaycan – 8726 ziyarətçi; İsrail – 7.869 ziyarətçi; Polşa – 7,029 ziyarətçi; Özbəkistan – 4.374 ziyarətçi; Almaniya – 3896 ziyarətçi; ABŞ – 2 833 ziyarətçi; Küveyt – 2617 ziyarətçi./1tv.ge