Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU

Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Şotlandiyanın şimlında yerləşən Saut-Uist adasının sakini Hanna Börns sahildə iti Bonni ilə gəzərkən “sirli məxluq”un skeletinə rast gəlib.

Skeletin fotolarını Hannanın bacısı Polli Börns özünün “Twitter” hesabında dərc edərək bunun nə olduğu ilə maraqlanıb.

Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU - FOTO-VİDEO

Həmin tvit tez bir zamanda 17 mindən çox “like” toplayıb.

Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU - FOTO-VİDEO

Bir çoxları bunun əfsanəvi “Lox Ness əjdahası” (ing. Loch Ness Monster), dinozavr, hətta mifik “Kraken”in qalıqları olduğunu ehtimal ediblər.

Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU - FOTO-VİDEO

Fantastikadan uzaq olan izləyicilər isə bunun, çox güman ki, balinanın skeleti olduğunu bildiriblər.

Sahildə tapılan nəhəng skelet görənləri QORXUTDU - FOTO-VİDEO

Tvit məşhurlaşdıqda Polli özünün də okeonoloq olduğunu etiraf edərək, bacısının balina skeleti tapdığını düşündüyünü bildirib.

Daha sonra yerli sakinlər 2020-ci ilin mart ayında bu çimərlikdə həqiqətən də balinanın göründüyünü təsdiqləyiblər.

Qeyd edək ki, daha öncə də sirli nəhəng varlıqların kameraya düşdüyü hallar qeydə alınıb.

 

 

BİG.az