Səudiyyə xarici vətəndaşlara Həcc icazəsi verəcək

Səudiyyə xarici vətəndaşlara Həcc icazəsi verəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu il (2021) Səudiyyə Ərəbistanı vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da Həcc əməlini yerinə yetirə biləcəklər.

Qeyd edilir ki, bu, sərt sanitar normalar çərçivəsində mümkün olacaq.

Məlum qərar Həcc və Ümrə İşləri Nazirliyinin sanitar normalar, təhlükəsizlik tədbirləri və müxtəlif məhdudiyyətlər şəraitində zəvvarların gələ biləcəyini bəyan etməsindən sonra qəbul edilib.

Daha sonra isə nazirlik bildirmişdi ki, vəziyyətin inkişaf gedişatına nəzarəti davam etdirir. Konkret tədbir və planlar sonra elan ediləcək.

Xatırladaq ki, adətən Həcci 2,5 milyondan çox müsəlman yerinə yetirir. Lakin ötən il pandemiya səbəbi ilə cəmi 1000 zəvvara ziyarəti yerinə yetirməyə icazə verilmişdi.

iqna .ir