Səudiyyə Ərəbistanı ölkədəki 8 Türk məktəbini bağlamaq qərarı aldı

Səudiyyə Ərəbistanı ölkədəki 8 Türk məktəbini bağlamaq qərarı aldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanı rəhbərliyinin 2020-2021 tədris ilinin sonunda paytaxt Riyad və digər əyalətlərdə fəaliyyət göstərən Milli Təhsil Nazirliyinə bağlı 8 Türk məktəbini bağlamaq qərarına gəldiyi bildirildi.

Oxuinfo.com hurriyet.com.tr-yə istinadla xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi, şimal-qərbindəki Tabuk, Riyad, Taif və Ciddə’dəki Türkiyə Təhsil Nazirliyinə bağlı məktəblərin bağlanması barədə qərarını yazılı şəkildə bildirmişdir.

Eynilə Dammam və Abha şəhərlərindəki Təhsil Nazirliyinə bağlı məktəblərin Səudiyyə Ərəbistanı səlahiyyətliləri tərəfindən ziyarət edildiyi və bənzər bağlanma qərarlarını şifahi şəkildə bildirildiyi öyrənildi.

Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin bu yaxınlarda məktəblərə göndərdiyi yekun qərarında “məktəblərdə fəaliyyətlərin tədris ilinin sonunda ləğv ediləcəyi, şagirdlərin istədikləri məktəbə yazılmasının daha asan olacağı, və valideynlərinə məsələ barədə məlumat verildiyi ” bildirilib.

Türkcədən çevirən: Ramil Qəhrəmanov