“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat etdi

“Səhranın bəyaz günəşi” filminin “Qara Abdulla”sı vəfat etdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın məşhur kino və teatr aktyoru, aprelin 27-də vəfat etmiş Kaxi Kavsadze Tbilisidəki qəbiristanlıqda, həyat yoldaşının məzarı yanında dəfn olunacaq.

Bu barədə şəhər meriyasının mətbuat xidməti bildirib.

Məlumata görə, Kavsadze Saburtalinsk qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kaxi Kavsadze dünən 85 yaşında vəfat edib. Ötən ilin noyabrında aktyorda koronavirus aşkarlanıb. O, sağalandan sonra evə buraxılsa da, vəziyyəti yenidən pisləşib. Aktyor son iki həftə ərzində Tbilisinin 1 saylı Universitet Klinikasında müalicə edilib.

Kaxi Kavsadze 1935-ci ildə anadan olub. O, 1959-cu ildən o Rustaveli Teatrında çıxış edib və 1981-ci ildə Gürcüstan SSR-nin Xalq artisti adına layiq görülüb.

Kino və teatrda parlaq obrazlar yaradan Kaxi Kavsadze məşhur “Səhranın bəyaz günəşi” filmində oynadığı Qara Abdulla rolu ilə daha çox tanınıb.

report.az