Şəhər məclis üzvlərinə islamofobik məktublar göndərildi

Şəhər məclis üzvlərinə islamofobik məktublar göndərildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Britaniya polisi Qərbi Yorkşirdə məmurlara göndərilən bir sıra islamofob və irqçi məktubları araşdırır.

Wakefield Şəhər Bələdiyyə Məclisinə ən az dörd “Müsəlmanların ölkəni ələ keçiriləcəyi” barədə xəbərdarlıq edən anonim məktublar gəldi.

Məktublarda xüsusilə müsəlman siyasətçi Nadim Əhməddən bəhs edilir.

Operativ.tv-nin The Independent -ə istinadən verdiyi xəbərə görə, məktubda “Dindar xristianlar olaraq, biz müsəlmanların üstünlüyü ələ keçirməsinə icazə verə bilmərik”-fikiri qeyd olunub.

Rəsmilər Steve Tully, Michael Graham, Betty Rhodes və Olivia Rowley  də islamofob mesajlar alanlar sırasındadır. İmzada “Mühafizəkar həmkarından” yazılsa da lakin, Mühafizəkarlar Partiyası üzvlərindən heç birinin belə mesaj göndərmədiyi bildirilir.

“Bu, mənə şok və iyrənc gəlir. Aydındır ki, məktubu yazan üzvlərimizdən biri ola bilməz “deyə partiya sözçüsü Nik Stansbi söyləyib. / operativ.tv