Rus xanım: Ən yaxşı ad günü hədiyyəm İslam dinini qəbul etməyim oldu

Rus xanım: Ən yaxşı ad günü hədiyyəm İslam dinini qəbul etməyim oldu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rusiyanın Sankt-Peterburq şəhərinin sakini Polina son zamanlar Qurani-Kərim və digər islami ədəbiyyatları tədqiq edir.

Onun sözlərinə görə, hələ müsəlman olmadığı vaxtlarda da daxili harmoniya hiss edərək, hicab geyinirdi. Hicab onun həyat tərzinə əsaslı şəkildə təsir edib.

İslam dinini qəbul etmək qərarını isə 30 illik yubileyi zamanı qəbul edib. Rus xanım qeyd edib ki, İslam dininin qəbul edilməsi ad günü üçün ən gözəl hədiyyə olacaq.

“Mən doğum günümdə özümü nə ilə sevindirə biləcəyim barədə çoxlu düşündüm – bu gün mənim 30 yaşım oldu. Ən gözəl hədiyyə isə bu gün İslam dinini qəbul etməyim olacaq. Bu gün mən bunu edəcəyəm və sizin də mənim əvəzimə sevinməyinizi istəyirəm”, – deyə Polina bildirib.

O, əlavə edib ki, dini bilikli insanlardan İslam barədə məlumatlar alır.

Xanımın bu qərarını anası da dəstəkləyib.

iqna.ir