Ramazanda su ehtiyaclarını qarşılamaq üçün 6 təklif

Ramazanda su ehtiyaclarını qarşılamaq üçün 6 təklif

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ramazan ayında bədənin su ehtiyacını ödəmək daha vacibdir. Susuzluqdan yarana biləcək bir çox xəstəliklərin qarşısını almaq üçün Ramazan ayında iftardan başlayaraq sahura qədər ən az 2,5 litr su içmək tövsiyə olunur. Ramazan ayında bədənin maye ehtiyacı daha da artır. Uzunmüddətli bir aclıqdan sonra lazımlı mayenin əvəzlənməsi üçün mütəmadi olaraq iftarla birlikdə su içməyin böyük əhəmiyyəti var. Xüsusilə yaşlılarda, böyrək xəstəliyi olan insanlarda, ürək və qan təzyiqi xəstələrində həmçinin həkim nəzarətində olan insanlar mayenin qəbulunda diqqətli olaraq bunu tətbiq etməklə daha sağlam olacaqdır. Həmçinin böyümə və inkişaf müddətində olan yeniyetmələrin də Ramazan ayında gündə ən az 2,5 litr su içməkləri tövsiyə olunur. Soyuq su mədə sancmalarına səbəb ola bilər və həzmi çətinləşdirərək həzm pozğunluğuna səbəb olur. Bu səbəbdən Ramazan ayında içilən suyun otaq temperaturunda olması tövsiyə olunur.

Oruc tutarkən susuz qalmamaq üçün …

• Ramazanda kifayət qədər su qəbul etməklə yanaşı, duz və ədvalı yüksək olan sosiska, turşu və s. iftar və səhur yeməklərində susuzluğa səbəb olacaq qidalara üstünlük verilməməlidir.

• Oruc tutarkən, gün ərzində həddindən artıq tərləməyə və uzun müddət istiyə məruz qalmağa səbəb olan fəaliyyətlərdən də çəkinmək lazımdır.

• İftar və sahur arasında qəbul ediləcək suya təzə limon dilimləri, təzə nanə yarpaqları və ya darçın rulonları əlavə etmək həm suya fərqli bir qoxu əlavə edər, həm içməyi asanlaşdırar, həm də mədəni rahatladaraq şirniyyat yemək istəyini qarşılayar.

• Oruc tutarkən susuzluğa qarşı alınacaq tədbirlərdən biri də, su miqdarı yüksək olan tərəvəz və meyvələrdən faydalanmaqdır. Bunun üçün sahurda xiyar və pomidor dilimləri süfrəyə əlavə edilə bilər, iftar süfrəsində salat və tərəvəz yeməklərinə daha çox yer verilə bilər.

• Çay, qəhvə, limonad kimi içkilər suyu əvəz edə bilməz. Əksinə, həddindən artıq su içmək istəyini boğa bilər. Xüsusilə Ramazan ayında mümkün qədər məhdudlaşdırılmalıdır.

• Həddindən artıq çay və qəhvə qəbulu bədəndə maye itkisinə səbəb olacaqdır. Bu səbəbdən iftardan bir-iki saat sonra içmək daha uyğundur.

Bədənin ehtiyaclarını ödəmək üçün nəzmli və kifayət qədər su qəbulu:

1. Dərini təmizləyərək sızanaq və qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır.

2. Bədəndəki toksinlərin təmizlənməsini təmin edir, dərini cavanlaşdırır.

3. Daxili orqanların sağlam fəaliyyətini təmin edir.

4. Qan dövranını artırır. 5. Həzm sistemini tənzimləyir.

6. Bədəndəki ödəmin (şişkinliyin) aradan qaldırılmasını təmin edir.

7. Kilo itkisini sürətləndirir.

8. Saç köklərini gücləndirir.

 

Hazırladı: Elnarə Cəfər