Ramazanda küçədə yemək yeyənlər həbs ediləcək - Rəsmi açıqlama

Ramazanda küçədə yemək yeyənlər həbs ediləcək – Rəsmi açıqlama

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Malayziyada müqəddəs Ramazan ayında küçədə yemək yeyən və ya su içən şəxslərə cəza tətbiq ediləcək.

Bu barədə Penanq ştatının baş nazirinin müavini Əhməd Zəkiyəddin Rəhman bildirib.

O qeyd edib ki, Ramazan ayında açıq şəkildə orucluğa qarşı ehtiramsızlığın nümayiş etdirilməsinə – küçədə yemək yemək və ya su içməyə görə 1 min rinqqit (təxminən 404 AZN) cərimə və ya 6 ayadək həbs cəzası tətbiq ediləcək.

Xüsusi hallarda hər iki cəza növü tətbiq ediləcək.

O əlavə edib ki, eyni şəxs 2 və ya 3-cü dəfə həmin halı təkrarlayarsa, 2 min rinqqit cərimə ödəyəcək və ya 1 il azadlıqdan məhrum ediləcək./shafaqna