Ramazan ayını qarşılama məqsədi ilə “Xoş gəldin Ramazan!” tədbiri keçirilib.

Ramazan ayını qarşılama məqsədi ilə “Xoş gəldin Ramazan!” tədbiri keçirilib.

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Marneulinin Alqet (Məscidli Gorarxı) kəndində Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Gürcüstan Müsəlman Qadınlar İcmasının (GMQİ) və məscid möminələrinin təşkilatçılığı ilə mübarək Ramazan ayını qarşılama məqsədi ilə “Xoş gəldin Ramazan!” tədbiri keçirilib.

Quran tilavəti ilə başlayan tədbirdə Qadınlar İcmasının üzvləri  Sevinc Namazova, Aişən Ziyadəliyeva, Şahnaz Həsənova  və Aişən Nəbiyeva çıxış edərək Allah ayı Ramazanın mahiyyəti, oruc ibadətinin fəziləti və ehkamı haqqında geniş məlumat veriblər. Məscidin dini kursda oxuyan tələbələri hədislər oxuyublar.

Tədbirin sonunda sual-cavab yarışı olub. Qaliblərə kitablar hədiyyə edilib.