Ərəbistan memarlıq müsabiqəsində dünyanın ən yaxşı 7 məscidi tanıtdırılıb

Ərəbistan memarlıq müsabiqəsində dünyanın ən yaxşı 7 məscidi tanıtdırılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Seçilmiş məscidlər, Əbdül Lətif Əl-Fəvzan Məscid Memarlıq Mükafatının üçüncü mərhələsində tanıtdırılıb.

Üç qitənin 43 İslam ölkəsindəki məscidlərdən 201 məscid bu beynəlxalq mükafata namizəd olub və onlardan 27 məscid seçilib. Bu məscidlərin içərisindən yeddi məscid daha sonra yekun qalib elan edilib.

Müsabiqədə dörd qrup məscid iştirak edib. O cümlədən hər ölkədə milli səviyyədə nüfuzu və mövcudluğu olan mərkəzi məscidlər, cümə namazı qılınan məscidlər, məhəllə məscidləri, eləcə də yerli icmalara aid məscidlər.

Ər-Riyaddakı Kral Abdullah Mali məscidi, Misirin Suhac şəhərindəki Əl-Basunə məscidi, Banqladeşdəki Əl-Əhmər məscidi, İndoneziyada Qərbi Yava məscidi, Türkiyədən İstanbulun Sancqlar Məscidi, Livanın Əl-Muxtar şəhərindəki Əl-Əmir Şəkib Arsalan məscidi və Mali Respublikasının Goli Ciniyə məscidi sosial məscidlər kateqoriyasında yeddi ən yaxşı məscid tanınıb./iqna