Quranın ən qədim nüsxəsi Riyazda sərgiyə çıxarılacaq

Quranın ən qədim nüsxəsi Riyazda sərgiyə çıxarılacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanın paytaxtı Riyaz şəhərində keçiriləcək “kitabət və hüsnxətt” sərgisində Qurani-Kərimin ən qədim əlyazma nüsxəsi nümayiş  olunacaq.

“Kitabət və hüsnxətt dünyasına səfər” devizi ilə keçirilən sərgidə nümayiş olunan bu qədim nüsxə hicri-qəməri tarixi ilə ikinci və milad tarixi ilə 8-ci əsrdə kitabət edilib.

Sərgi Səudiyyə Ərəbistanın Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Riyazın milli muzeyində Ərəb dili xəttinin tarixi və kitabət fənləri mövzusunda keçirilir.

Ərəb dili və xəttinin keçən 1700 illik tarixini  və inkişaf mərhələsini göstərmək hədəf ili təşkil edilən sərgi İyun ayının 26-dan Avqust ayının 21-dək keçiriləcək.

Sərgidə Qurani-Kərim müxtəlif dövrlərdə kitabət edilmiş nəfis və nadir əlyazma nüsxələri nümayiş olunacaq.

iqna

آماده// نمایش قدیمی‌ترین صفحه قرآن کریم در نمایشگاه کتابت و خوشنویسی ریاض