Quranı hifz etmək 278 məhbusun azadlığına səbəb oldu

Quranı hifz etmək 278 məhbusun azadlığına səbəb oldu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

BƏƏ-nin Dubay əmirliyində məhbusların islahı və tərbiyəsi yönündə hazırlanmış Quran hifzi layihəsi çərçivəsində keçən bir il ərzində 278 nəfər məhbəs həyatı ilə vidalaşıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “emaratalyoum” informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin İslah və Cəza Müəssisələrinin baş idarəsi və Dubay Quran Mukafatı Təşkilatının həmkarlığı ilə hazırlanan “Məhbusların Quran Hifzi Layihəsi” keçən bir il ərzində icra edilib.

Bu layihə çərçivəsində məhbuslara Quran və digə dini məsələlər öyrədilir, onlarla maarifləndirmə aparılır, dini mövzularda müsabiqələr təşkil edirlir və Quranı hifz edə bilən məhbusun cəzası yüngülləşdirilir.

Həbsxana məsullarının dediyinə görə, bu layihə çərçivəsində keçən bir ildə 278 qadın və kişi məhbus əfv edilərək məhbəs həyatı ilə vidalaşıblar.

iqna.ir