"QURAN" - MƏQALƏ

“QURAN” – MƏQALƏ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Bəs məgər onlar bu Qur’anın barəsində düşünmürlər?! Əgər o, Allahdan qeyrisi tərəfindən olmuş olsaydı, şübhəsiz, onda çoxlu ziddiyyət tapardılar.” (Nisa Surəsi,ayə 82)

1) Sual: Quran neçə surədən ibarətdir?
Cavab: Quran 114 surədən təşkil tapmışdır.

2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir?
Cavab: Quran 30 cüzdən ibarətdir.

3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır?
Cavab: Quran 120 hizbdən ibarətdir.

4) Sual: Quranın neçə ayəsi vardır?
Cavab: Quranın 6236 ayəsi vardır.

5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir?
Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.

6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır?

Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.

7) Sual: Quranda neçə nöqtə var?
Cavab: 1015030 nöqtə var.

8) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir?
Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir.

9) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır?
Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, Əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir.

10) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.

11) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir.

12) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə “Qədr” gecəsidir.

13) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır?
Cavab: Quranda buyurulmuş ən gözəl ay “Ramazan” ayıdır.

14) Sual: Quranda olan ən gözəl surə hansıdır?
Cavab: Quranda olan ən gözəl surə “Yasin” surəsidir.

15) Sual: Quranın ən böyük surəsi hansıdır?
Cavab: Quranın ən böyük surəsi “əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir.

16) Sual: Quranın ən kiçik surəsi hansıdır?
Cavab: Quranın ən kiçik surəsi “əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır.

17) Sual: Quranda ən böyük ayə hansıdır?
Cavab: Quranda ən böyük ayə “əl-Bəqərə” surəsinin 282-ci ayəsidir.

18) Sual: Quranda ən kiçik ayə hansıdır?
Cavab: Quranda ən kiçik ayə (Muqəttəə  hərflərindən əlavə) “Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur.

19) Sual: Quranda ilk surə hansıdır?
Cavab: Quranda ilk surə “əl-Fatihə” surəsidir.

20) Sual: Quranın sonuncu surəsi hansıdır?
Cavab: Quranın sonuncu surəsi “ən-Nas” surəsidir.

21) Sual: Quranda ən böyük kəlmə hansıdır?
Cavab: Quranda ən böyük kəlmə «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və “əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir.

22) Sual: Quranda neçə surə “Qul” (yəni:De) kəlməsi ilə başlayır?
Cavab: Quranda 5 surə “Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:
1. “əl-Cinn” surəsi. (72-ci surə)
2. “əl-Kafirun” surəsi (109-cu surə)
3. “əl-İxlas” surəsi (112-ci surə)
4. “əl-Fələq” surəsi (113-ci surə)
5. “ən-Nas” surəsi (114-ci surə)

23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi.
2) “əl-Fəth” surəsinin sonuncu ayəsi.

24) Sual: Bütün ayələrində “Allah” kəlməsi olan surə hansıdır?
Cavab: “əl-Mucadələ” surəsi.

25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)

26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır?
Cavab: “Yasin” surəsi.

27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır?
Cavab: “ər-Rəhman” surəsi.

28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?
Cavab: “əl-Fəcr” surəsi.

29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əs-Səff” surəsi.

30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əl-Әsr” surəsi.

31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rəkətinin sayı qədərdir?
Cavab: “ət-Tariq” surəsi.

32) Sual: Quranın mənasını özündə cəm edən surənin adı nədir?
Cavab: “əl-Fatihə” surəsi.

33) Sual: O hansı surədirki onun (20-dən) çox adı var?
Cavab: Mübarək “Həmd” surəsi, (1-ci surə) bu surə üçün (20-dən) çox ad sadalamışlar bu surənin adları aşağıdakılardan ibarətdir:
1) Fatihətəl-kitab. 2) Ummul-kitab. 3) Ummul-Quran. 4) Əssibil-Əl-məsani. 5) Əl-vafiyəh. 6) Əl-kafiyəh. 7) Əş-şafiyəh. 8) Əl-əsas. 9) Əs-səlat. 10) Əl-həmd. 11) Fatihət-əl-Quran. 12) Əl-Quran-əl-əzim.  13) Əl-kənz. 14) Ən-Nur. 15) Əş-şükr. 16) Əl-Həmd-əl-ula. 17) Əl-qusra. 18) Ər-raqiyəh. 19) Əş-şəfa. 20) Əd-dua. 21) Əs- sual. 22) Əl-münacat. 23) Ət- təfviz.
Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.

34) Sual: Qurani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?
Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur. Və bu haqda daha ətraflı danışacam. Məkkə-51 surə, 1683 ayə, 11492 söz: Mədinə-26 surə, 1419 ayə, 26412 söz: Mədinə ayələrlə Məkkə-35 surə, 2930 ayə, ayrılıqda Məkkə-2776 Mədinə-154.
Sözlərin sayı-36154, ayrılıqda Məkkə-34013, Mədinə-2142: Məkkə ayələrlə Mədinə-2 surə, 204 ayə, ayrılıqda Məkkə-9, Mədinə-195. Sözlərin sayı-3748, ayrılıqda Məkkə-148, Mədinə-3600. Hesablamaya görə 4468 ayə, 45653 söz ilə birlikdə MƏKKƏ; 1768 ayə, 32154 söz ilə birlikdə MƏDİNƏ olub Quranda yerləşmişdir.

35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?
Cavab: Vacib səcdəsi olan surələr bunlardır:
1) “əs-Səcdə” (32-ci surə), ayə-15.
2) “Fussilət” (41-ci surə), ayə-37.
3) “ən-Nəcm” (53-ci surə), ayə-62.
4) “əl-Әləq” (96-cı surə),ayə-19.

36) Sual: Allah kəlməsi Quranda neçə dəfə gəlmişdir?
Cavab: Allah kəlməsi Quranda 2707dəfə gəlmişdir.

37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?
Cavab: “əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə).

38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yəni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?
Cavab:  1). “əl-Qədr” surəsi (97-ci surə). 2). “əl-Fil” surəsi (105-ci surə). 3). “Әbu Ləhəb” surəsi (111-ci surə).
4). “əl-Fələq” surəsi (113-ci surə).

39) Sual: Qiyamət mənasını verən surələr hansılardır?
Cavab:  1). “ər-Rəd” surə (13-cü surə). 2). “əl-Casiyə” surəsi (45-ci surə). 3). “əl-Vaqiə” surəsi (56-cı surə).
4). “əl-Həşr” surəsi (59-cu surə). 5). “ət-Təğabun” surəsi (64-cü surə). 6). “əl-Qiyamə” surəsi (75-ci surə).
7). “ən-Nəbə” surəsi (78-ci surə). 8). “əz-Zəlzələ” surəsi (99-cu surə). 9). “əl-Qariə” surəsi (101-ci surə).

40) Sual: Quranda neçə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır?
Cavab: Quranda 114 “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır.

41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı ilə bağlıdır?
Cavab: “Tohid” (əl-İxlas) surəsi.

42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?
Cavab: “əl-Həcc” surəsi.

43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Məsum İmamların sayı qədərdir?   Cavab:  1) “ət-Təlaq” surəsi (65-ci surə). 2) “ət-Təhrim” surəsi (66-cı surə).

44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?
Cavab: “əl-Cümə” surəsi.

45) Sual: Fe hərfi olmayan surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə).

46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?
Cavab: “Qələm” (Nun) surəsi.

47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?
Cavab: “ət-Tovbə” surəsi (9-cu surə).

48) Sual: Quranın hansı surəsində iki dəfə “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?
Cavab: “ən-Nəml” surəsi, (ayə-30).

49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?
Cavab: “ər-Rəhman” surəsi.

50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?
Cavab: 1) “ən-Nur” surəsi (24-cü surə). 2) “Fatir” surəsi (35-ci surə). 3) “ər-Rəhman” surəsi (55-ci surə).
4) “Əl-Әla” surəsi (87-ci surə).

51) Sual: Qurani-Kərimdə neçə Peyğəmbərin adı çəkilir?
Cavab: Qurani-kərimdə 25 Peyğəmbərin adının çəkildiyi dəqiqdir. Bunlar aşağıdakı peyğəmbərlərdir:
Həzrət Adəm, Həzrət İdris, Həzrət Nuh, Həzrət Hud, Həzrət Salih, Həzrət İbrahim, Həzrət Lut, Həzrət İshaq, Həzrət İsmail, Həzrət Yəqub, Həzrət Yusif, Həzrət Musa, Həzrət Harun, Həzrət Şüeyb, Həzrət Davud, Həzrət Süleyman, Həzrət Əyyub, Həzrət Əl-Yəsə, Həzrət İlyas, Həzrət Zül-kifl, Həzrət Yunus, Həzrət Zəkəriyya, Həzrət Yəhya, Həzrət İsa və Həzrət Muhəmməd (hamısına Allahın salamı və salavatı оlsun).  Bunlardan əlavə, daha bir neçə nəfərin adı Quranda çəkilir ki, bunların peyğəmbər оlub-оlmaması barədə dəqiq fikir yоxdur. Bu şəxsiyyətlər hətta peyğəmbər оlmasalar belə, Allahın dоstu və saleh insanlar оlmuşlar. Bunlar Zülqərneyn, Lоğman, Üzeyr və Talutdur.

52) Sual: Qurani-Kərimin ayələrindən hansı birini «Nəc-va» adlandırırlar?
Cavab: Mübarək Mucadilə surəsinin 12-ci ayəsi.

53) Sual: «Yunisiyə zikri» hansı ayədə qərarlaşıb?
Cavab: Mübarək Ənbiya surəsini 87-ci ayəsi.

54) Sual: «Səyf» (Yay) ayəsi Mübarək Nisa surəsinin hansı ayəsidir?
Cavab: Mübarək Nisa surəsinin 176-cı ayəsi. (Əl-itqan fi ulumil-Quran 1/89.)

55) Sual: «Miysaq» («Ələst» əhd-pеymanı da adlanır.) ayəsi hansı ayədir?
Cavab: Mübarək Əraf surəsini 172-ci ayəsi.

56) Sual: Hansı ayəni «Mulk» ayəsi adlandırırlar?
Cavab: Mübarək Ali-İmran surəsinin 26-cı ayəsi. (Usuli-Kafi 4/426, Fəzlul-Quran fəsli, 2-ci hədis.)

57) Sual: “Şita” (Qış) ayəsi Mübarək Nisa surəsinin hansı ayəsidir?

Cavab: Mübarək Nisa surəsinin 12-ci ayəsi. (Əl-itqan fi ulumil-Quran 1/89.)

58) Sual: Qurani-Kərimdə «Mütəşabеh» ayələrinin sayı nə qədərdir?
Cavab: Təxminən 200 ayə. (Quran şinaxt /123.)

59) Sual: Qurani-Kərimdə «Ayətul əhkam» ayələrinin sayı nə qədərdir?
Cavab: Təxminən 500 ayə. (Həmin mənbə/123.)

60) Sual: Mübarək Nəhl surəsindəki «Cimaut-təqva» (Təqva məcmuəsi) adlanan ayə hansıdır?
Cavab: Mübarək Nəhl surəsinin 90-cı ayəsi. (Ayati Quran dər Nəhcul-bəlağə /300. Təfsiri nurus-səqəleyn 3/78-ci və təfsiri-numunə 11/366-dan sonra dan nəql olunur.)

61) Sual: Qurani-Kərimin orta ayəsi hansıdır?
Cavab: Mübarək Şüəra surəsinin 45-ci ayəsi. (Əl-burhan 1/351, Əl-itqan 1/237. Mübarək Şüəra surəsinin 45-ci ayəsi, əvvəlinci yarının sonu və həmin surənin 46-cı ayəsi, ikinci yarının başlanğıcı.)

62) Sual: Qurani-Kərimin orta kəlməsi hansıdır?
Cavab: Mübarək Həcc surəsinin 20-ci ayəsindəki”Vəlculud” kəlməsi. (Həmin mənbə. Əvvəlinci yarının sonu və həmin surənin 21-ci ayəsindəki “və ləhum……” kəlməsi ikinci yarının başlanğıcı.)

63) Sual: Hansı ayəni «Sələvat» ayəsi adlandırmaq olar?
Cavab: Mübarək Əhzab surəsinin 56-cı ayəsi. (Çox məşhur olan ayədir. Həmişə namazlardan sonra oxunur və namaz qılanlar salavat göndərirlər. (İnnəllahə və məlaikətəhu yusəllunə….))

64) Sual: Hansı ayəni «Ailə məhkəməsi» ayəsi adlandırmaq olar?
Cavab: Mübarək Nisa surəsinin 35-ci ayəsi. (Təfsiri-Nur 2/327.)

65) Sual: Hansı ayəni «Qiblənin dəyişməsi» ayəsi adlandırmaq olar?
Cavab: Mübarək Bəqərə surəsinin 144-cü ayəsi.

66) Sual: Hansı ayəni «Xudahafizləşmək» ayəsi adlandırmaq olar?
Cavab: Mübarək Yusif surəsinin 64-cü ayəsinin bir hissəsi. (Fəllahu xəyru hafizən vəhuvə ərhəmər-rahimin.)

67) Sual: Hansı ayəni «Vilayət» adlandırırlar?
Cavab: Mübarək Maidə surəsinin 55-ci ayəsi. (Quran barəsində 14-sual /99.)

68) Sual: «Qеybətin haramlığı» ayəsi hansıdır?
Cavab: Mübarək Hucurat surəsinin 12-ci ayəsi.

69) Sual: Hansı ayəni «Nəfi səbil» ayəsi adlandırıblar?
Cavab: Mübarək Nisa surəsinin 141-ci ayəsi.

70) Sual: Hansı ayəni «İnşaallah» (Allahın istəyi ilə, Allah nə istəsə, əgər Allah istəsə) ayəsi adlandırmaq olar?
Cavab: Mübarək Kəhf surəsinin 24-cü ayəsi. (Həmçinin mübarək Kəhf surəsinin 23 və 24-cü ayələrinin cəmi olduğunu demək mümkündür.)

71) Sual: Qurani-Kərimin ayələrindən hansı biri «Seyf» (Qılınc) ayəsi kimi məşhurlaşıb?
Cavab: Mübarək Həcc surəsinin 39-cu ayəsi. (Əl-itqan 2/514.)

72) Sual: Qurani-Kərimin ayələrindən hansı birini «İzzət» ayəsi adlandırırlar?
Cavab: Mübarək İsra surəsinin 111-ci ayəsi (sonuncu ayə). (Həmin mənbə /488.)

73) Sual: «Həzrət Əlinin (ə) üzük bəxşiş еtməsinin nişanı» olan ayə hansıdır?
Cavab: Mübarək Maidə surəsinin 55-ci ayəsi. (Şiə və sünni təfsirçilərinin(ümumi və xüsusi) dediyinə əsasən bu ayədə bildirilən mətləb Hz. Əli (ə) barəsindədir. Hz. Əli (ə) namazda ruku halında öz üzüyünü fəqirə əta etdi. (Əsbabun-nuzul/27-30.)

74) Sual: Hansı ayəni «Təfəkkür» ayəsi adlandırıblar?
Cavab: Mübarək Ali-İmran surəsinin 191-ci ayəsi.

75) Sual: Hansı ayəni «Еhsan» ayəsi adlandırıblar?
Cavab: Mübarək Ali-İmran surəsinin 134-cü ayəsi.

76) Sual: Hansı ayəni «Suxrə» ayəsi adlandırıblar?
Cavab: Mübarək Əraf surəsinin 54-cü ayəsi.

77) Sual: Hansı ayəni «Məharim» ayəsi adlandırıblar?
Cavab: Mübarək Nisa surəsinin 23-cü ayəsi.

Quran-Kərimin ayələrində maraqlı məqamlar, elmi və ədəbi ecazkarlıqlar və əsrarəngizliklərlə zəngindir. Buna misal olaraq deyim ki,

Yusif surəsinin 100-dən çox ayəsinin olmasına rəğmən bu ayələrdə bir dəfə də olsun “cənnət” və “nar” (atəş, od) sözü istifadə edilməmişdir.
Başqa misal olaraq Bəqərə surəsini göstərmək olar ki, bu surədə 1000 əmr feli (et), 1000 nəhy feli (etmə, qadağandır) və 1000 xəbər cümləsi istifadə edilmişdir.

Qurani Kərimin “riyazi möcüzə”ləri vardır. Bu möcüzəyə bir nümunə, Qur’ani Kəriməki bəzi söz təkrarlarının eyni sayda olmasıdır. Bir-biriylə əlaqədar bəzi sözlər çaşdırıcı bir şəkildə eyni ədəddə təkrarlanırlar. Aşağıda, bu cür sözlər və Quran içindəki təkrarlanma sayları göstərilmişdir.

1). “Yeddi göy” təbiri 7 dəfə keçir. “Göylərin yaradılışı (xalqı səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

2). “Gün (yəvm)” tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni “günlər (eyyam və yevmeyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12 dir.

3). “Bitki” və “ağac” sözlərinin təkrar sayı eynidir 26 dəfə.

4). “Cəza (qarşılıq)” sözü 117 dəfə keçir, Quranın təməl əxlaq xüsusiyyətlərindən olan “məğfirət (bağışlama) ” ifadəsi, bu ədədin tam 2 misli qədər 2×117=234 dəfə təkrarlanır.

5). “De” sözlərini saydığımızda çıxan nəticə 332 dir. “Dedilər” sözünü saydığımızda da eyni rəqəmi əldə edərik 332 dəfə təkrar.

6).“Dünya” sözü və “axirət” sözünün təkrarlanma sayı da eynidir 115 dəfə.

7).“Şeytan” sözü Quranda 88 dəfə keçir. “Mələk” sözünün təkrarlanma sayı da 88 dir.

8).“İman” və “Küfr” sözləri Quran boyunca 25 dəfə təkrarlanır.

9).“Cənnət” və “Cəhənnəm” sözləri də eyni sayda təkrarlanır 77 dəfə.

10).“Zəkat” sözü Quranda 32 dəfə təkrarlanarkən, “Bərəkət” sözünün təkrarlanış sayı da 32 dir.

11).“Yaxşılar (ebrar)” 6 dəfə təkrarlanarkən, “pislər (fuccar)” sözü isə eyni sayda 6 dəfə keçir.

12).”Yay-İsti” sözləri ilə “Qış-Soyuq” sözlərinin keçiş ədədləri də eynidir 5.

13).”Şərab (xəmr)” və “sərxoşluq (sekere)” sözləri də Quranda eyni sayda təkrarlanır 6.

14).”Dil” və “Vəəz” sözləri bərabər ədəddə -25 dəfə- təkrar edilir.

15).”Fayda” sözü 50, “Pozmaq” sözü də 50 dəfə təkrarlanır.

16).Əcr” və “Fail” sözlərinin təkrar sayı da eynidir:108.

17).”Sevgi” və “İtaət” sözlərinin təkrar sayı da eynidir 83.

18).”Müsibət” sözü və “Şükr” sözü, Quranda eyni sayda keçməkdədir 75 dəfə.

19).”Günəş (şəms)” və “İşıq (nur)” sözləri Quranda 33 dəfə keçməkdədir.
Saymada “nur” sözünün yalnız adlıq halda işləndiyi yerlər nəzərə alınmışdır.

20).Doğru yola aparan (Elhuda)” və “Rəhmət” sözlərinin təkrar sayı bərabərdir 79 dəfə.

21).Quranda “Sıxıntı” sözü 13 dəfə işlənmişdir, bunun müqabilində “Rahatlıq” sözü də 13 dəfə təkrarlanmaqdadır.

22).“Qadın” və “Kişi” sözlərinin təkrar sayı da eynidir 23.
Qadın-kişi sözlərinin Quranda təkrar sayı olan 23, eyni zamanda insan embrionundakı xromosom sayıdır. İnsanın xromosom sayı da ana və atadan gələn 23 xromosomun cəmi olaraq 46-dır.

23).“Xəyanət” sözü 16 dəfə keçərkən, “Xəbis” sözünün təkrar sayı da 16-dır.

24).”İnsan” sözü Quranda 65 dəfə keçir; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir.

25).Quranda “Dünya” sözü 115 dəfə keçərkən “Axirət” sözünün Quranda təkrarlanma sayıda 115 dir.

26).“Həyat” sözü Quranda 145 dəfə bunun müqabilində “Ölüm” sözüdə 145 dəfə təkrarlanır.

27).Quranda “İnsanlar” sözü 50 dəfə “Allahın elçiləri” də eyni sayda keçməkdədir.

28).Salavat sözü bütün Quranda 5 dəfə keçir və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir.

29).“Quru” sözü Quranda 13 dəfə keçərkən, “Dəniz” sözü 32 dəfə keçməkdədir. Bu ədədlərin cəmi bizə 45 sayını verir. Əgər quru hissəsinin Quranda keçdiyi say olan 13ü 45ə bölsək, %28,888888888889 sayını alarıq. Dənizlərin Quranda bəhs edilmə sayı olan 32i 45ə böldüyümüz zaman isə, %71,111111111111 sayını taparıq. Bu nisbətlər isə, planetimizdəki su və quru parçalarının gerçək nisbətidir.

Hesablamalar göstərir ki, “Qurani – kərim” də Allahın adı “Rəhman” 57 dəfə,digər adı “Rəhim” isə düz,iki dəfə artıq- 114 dəfə təkrarlanır.

“Dəniz” sözünə 32, “Yer” sözünə isə 13 dəfə rast gəlinir. 32+13=45 hesablasaq, yer üzündə dənizin tutumu =32/45×100%-71,11111%, torpağın faizi=3/45×100%=28,888%-ni təşkil edir ki,su Yer kürəsinin 71,111%-ni, torpaq isə qalan 28,889%-ni təşkil edir.

Quranda «Vəhy» sözünün işləndiyi yerlər:
Quranda «Vəhy» mələklər, şeytanlar, insan, heyvan və yer haqqında işlənmişdir.
1) İnsan ;Qəsəs 7-ci ayə.
2) Mələklərə ; Ənfal 12-ci ayə.
3) Cansız varlıqlara ; Zilzal 4-5-ci ayələr.
4) Şeytan vəsvəsəsi ;Ənam 112-121-ci ayələr.
5) İşarə ; Məryəm 11-ci ayə.
6) Təbii (instinktiv) hidayət ; Nəhl 68-ci ayə.

«Vəhy» sözü və bu sözdən düzələn sözlər təqribən 70 dəfə Peyğəmbərlərə aid edilmişdir.

Qurani-Kərimin sürələrindən bir çoxunun bir adı, bəzilərinin isə iki və ya daha çox adları vardır və onların bəzilərini burada qeyd edirəm:
iki adlı olan surələr: Qaf-Şura ; Casiyə-Əş şəriət ; Qital-Muhəmməd ; Ər Rəhman-Ərusəl Quran.

üç adlı olan surələr: Maidə-(Əl-Üqud, Əl-münqərə); Qafir-(Ət-Til, Əl-Mumin);

bir neçə adı olan surələr: Bəraət-(Ət-tövbə, Ə-fazihə, Əl-hafirəh); bəzi alimlərə görə bu surənin 10-dan çox adı var.

1) Quran: Buruc 21-ci ayə. Bu ad 58 dəfə, 10 dəfə isə (ərəb cümləsi) şəklində göstərilmişdir.

2) Kitab: Sad 29-cu ayə. Bu ad təqribən 100 dəfə Qurana aid edilmişdir.

3) Zikr: Yasin 69-cu ayə. Bu ad 20 dəfə Quran üçün gətirilmişdir.

4) Furqan: Furqan surəsinin 1-ci ayəsində istifadə edilmişdir.

Quranın həqiqəti sözlərə sığmayacaq bir şəkildə dərindir.

Quranda verilən mənalar sonsuz dəniz kimi qaba sığmaz.

Quranın dili ərəb dilidir.Quranın özündə yeddi yerdə «ərəbcə Quran»

üç yerdə «ərəb dili»
bir yerdə isə «ərəb hökmü»
işlənmiş, hər dəfə də əzəmətli şəkildə yada salınmışdır.

Qurandakı hər məlumat, bu İlahi kitabın bilinməyən gizli möcüzələri, Uca Rəbbimizin üstün ağılının və sonsuz elminin dəlillərindən yalnız birini göstərir. Bir ayədə belə buyurulur:
«Həqiqətən, bu Qur᾽an [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir». (9/17).

Nasix – O ayələrə (şər᾽i hökmə) deyilir ki, zaman keçdikcə yeni hökm sadir olmaqla əvvəlki
hökmləri əvəz etmiş olur.

Mənsux – Zaman keçdikcə əvəz olunmuş şər᾽i hökmlər.

Məsani surələr – Miəyn surələrindən sonra gələn surələr.

Miəyn surələr – tival surəsindən sonra ayələrinin sayı yüzdən bir qədər çox və ya bir qədər az
olan surələr. Buraya yeddi surə daxildir. Bəni-israil, Kəhf, Məryəm, Taha, Ənbiya, Həcc,
Mu᾽minun.

Tival surələr – Qur᾽anın yeddi böyük surələri tivani adlanır. Bəqərə, Ali-İmran, Nisa, Maidə,
Ən᾽am, Ə᾽raf, Ənfal (Tövratla birlikdə).

Qeyd etmək lazımdır ki Quran-Kərimin sirləri və qəribəlikləri tükənməzdir və Qiyamət gününədək müxtəlif möcüzələr ortaya qoyacaqdır.

Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat tə᾽minatçılığını və eyni zamanda onların
üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Qur᾽anın bir çox ayələrində bu haqda deyilir:

«Bu Qur᾽an elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura
[küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tə᾽rifə, şükrə layiq olan Allahın
yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir». (1/14).

Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
«Allah-Təala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən
üstün və fəzilətlidir.»

İmam Əli (ə) buyurub:“Quranın zahiri gözəl, batini dərindir. Onda olan əcaib fani olmaz, qəribəliklər sona çatmaz, qaranlıqlar (bilinməyən məchullar) yalnız onunla aydınlaşar.”
(Nəhcul-bəlağə, xütbə-17)

 

 

Toplayan: Bayram Dəvrişov