Qoca kişi Qana müsəlmanlarına 1400 Quran hədiyyə edib

Qoca kişi Qana müsəlmanlarına 1400 Quran hədiyyə edib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İordaniyalı Quran xadimi olan qoca kişi Məhəmməd Salim əl-Əyasirə Afrika ölkələrindən olan Qana respublikası müsəlmanlarına 1400 Quran hədiyyə edib.

Məhəmməd Salim əl-Əyasirə Quran hifzi layihəsi və Ərəb dili və ədəbiyyatı layihəsinin müəllifidir. O, köhnəlmiş Quran nüsxələrini alır, təmir və bərpa etdikdən sonra ehtiyaclı müsəlman ölkələrinə göndərir.

O, bu işlə ömürünün 50 ilini Allah kəlamına xidmət yoluna keçirmişdir.

Məhəmməd Salim əl-Əyasirə cari ildə Afrika ölkələrinə 5500 təmir edilmiş Quran nüsxəsi göndərmişdir.

O deyir ki, bu nüsxələrin çoxunu istifadəyə yararsız kağız anbarlarından taparaq təmir edir. Afrika ölkələrinə göndərmək üçün isə xeyriyyə cəmiyyətlərindən kömək alır.

İqna.ir