Qlobal Risklər Hesabatının nəticələri açıqlandı

Qlobal Risklər Hesabatının nəticələri açıqlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qlobal Risklər Hesabatının nəticələri açıqlandı

oxuinfo.com  ensonhaber.com portalına istinadla xəbər verir ki, 2021 Qlobal Risklər Hesabatında gözlənilən qlobal təhdidlər arasında məşğulluq və dolanışıq böhranları, gənclərin geniş məyusluğu, rəqəmsal bərabərsizliklər və iqtisadi tənəzzül yer alır.
 Türk Sənayeçiləri və İş Adamları Dərnəyi (TÜSİAD), Marsh və Zurich Insurance, Türkiyə ilə əməkdaşlıq edərək hazırladıqları “2021 Qlobal Risklər Hesabatı” nın nəticələri açıqlandı.

TÜSİAD İdarə heyəti Üzvü Barış Oran, son bir ildə rəqəmsal çevrilmənin təsirlərini ticarət, ünsiyyət, alış-veriş və təhsil kimi bir çox sahədə yaşandığını ifadə edərək, bu müddətin səmərəli idarə olunmasına böyük əhəmiyyət verdiklərini söylədi və bu sahədə atılacaq addımları ciddi şəkildə izlədiklərini bildirdi.
Hesabatda koronavirusun yaratdığı risklərə diqqət çəkdilyini deyən Oran, epidemiyanın son 10 ildəki əldə olunan qazanclar üzərində mənfi təsirlərinə diqqət çəkdi.
Təqdim olunan məlumata görə, Dünya İqtisadi Forumu tərəfindən bu il dərc olunan Qlobal Risklər Hesabatında, son “Qlobal Risk Algısı Anketinin” nəticələrindən əldə edilən digər risklərlə yanaşı, koronavirus epidemiyasının yaratdığı risklər də geniş müzakirə olunur.

MÜHÜM RİSKLƏR ARASINDA YÜKSƏK İNFEKSİYA XƏSTƏLİKLƏRİ ÖN SIRALARDADIR
Hesabata görə, önümüzdəki 10 ildə meydana çıxma ehtimalına görə ən vacib risklər arasında həddindən artıq hava hadisələri, iqlim dəyişikliyinin pisləşməsi və insanın yaratdığı ətraf mühitə zərər, rəqəmsal bərabərsizlik və kiber təhlükəsizlik uğursuzluqları var. Bu dövrdə yoluxucu xəstəliklər təsirlərinin şiddətinə görə ən vacib risklərdən biridir. Kütləvi qırğın silahları, dolanışıq böhranları, borc böhranları və informasiya texnologiyaları infrastrukturunun çöküşü də mövcuddur.

DÖVLƏTLARARASI MÜNAQİŞƏLƏR VƏ GEOPOLITİK RİSKLƏR
Qiymət qeyri-sabitliyi, əmtəə şokları və borc böhranları kimi iqtisadi risklər 3-5 illik dövrdə əhəmiyyətli dərəcədə fərqlənəcək. Bunun ardınca dövlətlərarası münasibətlər və münaqişələr kimi geosiyasi risklər gəlir. 5-10 illik dövrdə bioloji müxtəliflik itkisi, təbii resurs böhranları və iqlim dəyişikliyi və uyğunlaşma vəziyyətini yaxşılaşdırmamaq kimi ekoloji risklər, həmçinin kütləvi qırğın silahları, texnoloji tərəqqinin mənfi təsirləri və dağılma kimi risklər üstünlük təşkil edir. hökumətlərin və ya çoxtərəfli qurumların qurumların çöküşü də gözləniləndir.

CORONAVIRUSUN YIXICI EFEKTLƏRİ QALICI NƏTİCƏLƏR VERƏCƏKDİR
Hesabata görə; səhiyyə, təhsil, maliyyə qeyri sabitliyi və texnologiyadakı əsas bərabərsizliklər; böhranın müəyyən qruplara və ölkələrə nisbətsiz şəkildə təsir etməsinə səbəb oldu. Yalnız 2 milyondan çox insanın ölümünə səbəb olmur, koronavirusun iqtisadi və uzunmüddətli sağlamlığa təsiri dağıdıcı nəticələrə səbəb olur.
Ekonomika epidemiyanın şoku və xəbərdarlığından çıxdıqca şirkətlər sarsıntı ilə üzləşirlər. İnkişaf etmiş Ekonomikalardakı tənəzzül, inkişaf etməkdə olan bazarlarda itirilmiş potensial, kiçik şirkətlərin çöküşü, böyük və kiçik şirkətlər arasındakı fərqi genişləndirmək, bazar dinamikasını azaltmaq və bərabərsizliyi artırmaq uzunmüddətli davamlı inkişaf hədəfinə çatmağı çətinləşdirir.

Türk dilindən tərcümə edən: Ramil Qəhrəmanov