Qlobal istiləşmə səbəbilə atmosferin yuxarı təbəqələri kiçilməyə başlayıblar

Qlobal istiləşmə səbəbilə atmosferin yuxarı təbəqələri kiçilməyə başlayıblar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

 Alimlər aşkar ediblər ki, Yer kürəsi atmosferinin yuxarı təbəqələri tədricən kiçilməyə başlayıblar. Onların fikirlərinə əsasən bu, parnik qazlarının antrpogen ifrazlarının yüksəlməsinə olan cavab prosesidir. NASA-nın 3 peykindən əldə olunmuş məlumatlar nəticəsində aşkar edilib ki, 40-50 km-dən 80-90 km-ə kimi olan mezosfer təbəqəsi soyuyur və kiçilir. Alimlər uzun müddət bundan öncə antropogen iqlim dəyişikliklərinin bu cür effektini güman edirdilər. Lakin onlar bu prosesi real zaman ərzində müşahidə edə bilmirdilər.

“Bizim bu tendensiyaları anlamaq və parnik qazlarının ifrazı ilə digər effektlər nəticəsində nələrin baş verdiyini başa düşmək üçün onilliklərlə vaxt lazımdır. Hal hazırda biz bəzi suallara cavab vermək üçün 3 peykdən məlumatlar əldə edə bilmişik” – deyə alimlər qeyd ediblər.

    NASA peykləri 30 il ərzində olmuş müşahidələr nəticəsində əldə edilmiş məlumatları təqdim ediblər. Həmin məlumatlara əsasən Yer kürəsinin qütbləri üzərində mezosfer təbəqəsi 10 il ərzində 10 dərəcə soyuyur və 120 metr kiçilir. Alimlərin gözləntilərinə əsasən parnik qazlarının ifrazları məsələsində dəyişiklik olmasa bu temp olduğu kimi qalacaq. Sözügedən soyuma və kiçilmə prosesi faktiki olaraq alimlər üçün heç də sürpriz olmayıb. Onlar öncədən güman edirdilər ki, sözügedən proses mövcuddur. Belə ki, süni zəka əsasında yaradılmış bir neçə model öncədən bu proseslərin mövcudluqlarını proqnozlaşdırmışdı.

technote