Qeyri-müsəlman xanımlar müsəlmanlara dəstək üçün hicab taxdılar

Qeyri-müsəlman xanımlar müsəlmanlara dəstək üçün hicab taxdılar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Kanadada yaşayan müsəlmanlar və qeyri-müsəlmanlar “Harmoniya üçün hicab” aksiyasını keçiriblər.

Aksiya islamofobiya ilə mübarizəyə yönəlib.

Müxtəlif dini baxışlara sahib qadınlar Ontario əyalətində müsəlmanlara qarşı törədilmiş terror aktından sonra müsəlman icmasını dəstəkləmək üçün hicab geyiniblər.

Tədbir Kanada Müsəlman Assosiyasiyasının (KMA) spikerlərindən birinin çıxışı ilə başlayıb.

Daha sonra aksiya iştirakçıları Viktoriya parkında həmrəylik yürüşünə qoşulublar və terror aktı zamanı qətlə yetirilmiş müsəlman ailəsinin xatirəsinə bir dəqiqəlik sükut ediblər.

Aksiya qeyri-müsəlman xanım Barbara Leqat tərəfindən KMA ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Xatırladaq ki, yəhudi əsilli Kanada vətəndaşı Nataniel Veltman müsəlman ailəsinə qarşı terror aktı törədib. Cinayət bazar günü törədilib.

Terrorçu idarə etdiyi avtomobili müsəlman ailəsinin üzərinə sürüb və 4 müsəlmanı – ana və atanı, onların 15 yaşlı qızını və nənəni qətlə yetirib, 9 yaşlı oğlan isə sağ qalıb və xəstəxanadadır.

Veltman öz çirkin hücumuna öncədən hazırlaşıb. O, bu terroru dini nifrət zəminində törədib. Hücum zamanı onun əynində zireh olub, belə ki, o, zirehi polislə mümkün atışmaya hazırlıq kimi geyinmişdi. Polis onu isti izlərlə yaxalayıb.

iqna.ir