Qaribaşvili: Heç bir 2-ci cəbhə olmayacaq

Qaribaşvili: Heç bir 2-ci cəbhə olmayacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Gürcüstanda heç bir ikinci cəbhə olmayacaq və hazırkı hökumət buna imkan verməyəcək.”

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili öz çıxışı zamanı deyib.

Xatırladaq ki, “Ukrayna 24” telekanalının efirində ukraynalılara Gürcüstanın ərazisində ikinci cəbhənin açılması ilə bağlı aktivlik göstərmələri üçün çağırış edilib. Deyilib ki, bunun üçün Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməlidir. Bundan sonra isə, iddia edilib ki, “İvanişvili qaçacaq və rejim çökəcək”, Gürcüstan isə azad olacaq.

Bizim hakimiyyətimiz buna yol verməyəcək. Biz yüksəkdəyik. Biz əhaliyə uzunmüddətli sülh zəmanəti veririk. Ölkədə heç bir 2-ci cəhbə, heç bir müharibə olmayacaq. Əksinə, inkişaf, quruculuq və sülh olacaq“, – deyə qeyd edib.

Bununla yanaşı, Qaribaşvili bildirib ki, ölkədə mövcud olan uzunmüddətli sülh və sabitlik İvanişvilinin siyasətinin nəticəsidir.

Sözsüz, biz, bizim hökumətimiz, bizim siyasi komandamız bu siyasəti davam etdirəcək. Demək istəyirəm ki, hər kəs üçün ölkədə sülh və stabilliyin olması mühümdür. Bu, əsasların əsasıdır. Bunsuz, dostlar, ölkədə heç nə olmayacaq“, – deyə Baş nazir əlavə edib.

O, həmçinin hər kəsi bu sülhü qoruyub saxlamağa və ölkənin inkişafı barədə düşünməyi çağırıb.

Qeyd edək ki, Gürcüstanda yeni cəbhənin açılması ilə bağlı ilk çağırış edənlərdən biri də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovdur.