QARAÇÖPDƏ HZ. İMAM HÜSEYNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

QARAÇÖPDƏ HZ. İMAM HÜSEYNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Saqareconun Düzəyrəm kəndində Həzrət İmam Hüseynin (ə) mövlud günü münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə din xadimləri və Qaraçöpün kəndlərindən dəvət olunan müsəlmanlar iştirak edib.

Oxuinfo.com xəbər verir ki, tədbir məscidin axundu Məşədi Samir Əliyevin Qurandan bir neçə ayəni tilavət etməsi və təbriki ilə başlayıb.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbriklərini çatdırıb.  İmam Hüseynin (ə) fəziləti, şəxsiyyəti və O Həzrətin həyatından alınan dərslər haqda geniş məlumat verib.

Sonra tədbirin aparıcısı Əli Ələkbərov sözü dəyərli yerli ruhanilər olan Əfqan Yolçuyev və Taleh Paşayevə verib. Çıxış edənlər tədbir iştirakçılarını əziz günlər münasibəti ilə təbrik edib Peyğəmbərimizn əmanəti olan Əhlibeytinin dəyər, fəzilət və insanlığa nümunə olmasından danışıblar.

Mərasimdə İmam Hüseynin (ə) həyatından bəhs edən video çarxlar təqdim olunub.

Nəhayət bayram süfrəsi ətrafında keçirilən tədbir dualar oxunmaqla sona çatıb.