Qaçqınların sayı rekord həddə çatdı – VƏZİYYƏT ÇƏTİNLƏŞİR

Qaçqınların sayı rekord həddə çatdı – VƏZİYYƏT ÇƏTİNLƏŞİR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dünyadakı münaqişələr səbəbi ilə qaçqınların sayı artmağa davam edir.

Bu barədə BMT-in məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Sesilya Himenes-Damari bəyan edib.

Silahlı münaqişələr və zorakılıq səbəbi ilə öz yerlərindən köçmək məcburiyyətində qalmış insanların sayı 48 milyon nəfərə çatıb”, – deyə o bildirib və bunun indiyədək qeydə alınmış ən yüksək göstərici olduğunu vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, beynəlxalq humanitar hüquq və insan haqlarına riayət “silahlı münaqişələrin və tətbiq edilən zorakılıqların mürəkkəbləşən xarakteri şəraitində” daha da çətinləşir.

O əlavə edib ki, cari vəziyyət çoxalan təbii fəlakətlər, həmçinin pandemiya səbəbi ilə pisləşə bilər./shafaqna