QƏRB ALİMLƏRİ VƏ ORUCUN FAYDASI

QƏRB ALİMLƏRİ VƏ ORUCUN FAYDASI

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
“BİLSƏNİZ ORUC TUTMAQ SİZİN ÜÇÜN NƏ QƏDƏR XEYİRLİDİR!”

Məlumdur ki, Uca Allahın etdiyi əmr və qadağalarda insanlara həm dünya, həm də axirət üçün böyük faydalar vardır. Həmin əmr edilən əməllərdən biri də İslamın beş şərtindən dördüncüsü sayılan oruc tutmaqdır. Oruc tutan şəxs Allahın əmrini yerinə yetirdiyi üçün Allah qatında böyük savaba nail olmaqla yanaşı, öz sağlamlığını da qoruyub saxlamış olur.

Əlbəttə ki, oruc tutan şəxs Allah yanında savaba nail olması üçün tutduğu orucu sağlamlıq məqsədilə deyil, yalnız Allahın əmrinə əməl etmək niyyəti ilə tutmalıdır.

Bəzi din və elmdən kənar insanlar vardır ki, oruc tutmağı insana olan bir zülm kimi qələmə verməyə çalışırlar. Sözsüz ki, qəlbində zərrə qədər Allaha imanı olan kəs qətiyyən belə düşünməli deyil. Və əmin olmalıdırlar ki, Uca Allahın buyurduğu hər bir ibadətin insanlara mütləq olaraq xeyiri vardır.

Müasir günümüzdə müsəlman və qeyri–müsəlman alimlər tərəfindən orucun bir çox faydaları aşkar edilmişdir.

Amerikanın məşhur universitetlərinin professorlarının məqalələri, tədqiqatları yerləşdirilən və sağlamlıq məlumatları ilə zəngin healthline.com saytında belə deyilir:

ORUCUN ELM TƏRƏFİNDƏN TƏSDİQLƏNMİŞ SƏKKİZ FAYDASI

  1. İnsulin müqavimətini azaldaraq qan şəkərinin idarəsini artırır

Aparılmış bir neçə tədqiqat nəticəsində orucun qan şəkərinin yaxşılaşmasına səbəb ola biləcəyi aşkar edilmişdir ki, bu da şəkərli diabet riski olanlar üçün xüsusilə faydalıdır. İki tip diabetli on adam üzərində aparılan araşdırma göstərdi ki, oruc qan şəkərinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bununla yanaşı, başqa bir araşdırma sübut etmişdir ki, həm fasiləli oruc, həm də davamlı olaraq tutulan oruc bədəndə insulinin müqavimətini azaldır. İnsulin müqavimətinin azaldılması bədənin insulinə olan həssaslığını artıraraq qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə nəql etməyə imkan verir.

  1. İltihabla mübarizədə sağlamlığı daha yaxşı inkişaf etdirir

Kəskin iltihab, infeksiyalara qarşı mübarizə aparmaq üçün istifadə edilən normal bir immun prosesi olsa da, xroniki iltihabın sağlamlıq üçün ciddi nəticələrə səbəb ola biləcəyi hamıya məlumdur. Araşdırmalar göstərir ki, iltihab ürək xəstəliyi, xərçəng və romatoid artrit (oynaq revmatizmi) kimi xroniki vəziyyətlərin inkişafına gətirib çıxara bilir. Bəzi araşdırmalar orucun iltihab səviyyəsinin azaldılmasına və sağlamlığı daha yaxşı inkişaf etdirməyə kömək edə bildiyini təsdiqləmişdir. Əlli yaşlı adam üzərində aparılan araşdırma göstərir ki, bir ay ərzində oruc tutmaq iltihab göstəricilərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb.

  1. Qan təzyiqi, triqliserid və xolesterol səviyyələrini yaxşılaşdıraraq ürək sağlamlığını gücləndirir

Ürək xəstəliyi dünyadakı ölüm hallarının ən əsas səbəbi hesab edilməklə dünya miqyasında ölümlərin,təxminən, 31,5% -ni təşkil edir. Dieta saxlayaraq həyat tərzini dəyişmək ürək xəstəliyi riskini azaltmaq üçün ən təsirli yollardan biridir. Bəzi araşdırmalar ürək sağlamlığı üçün müntəzəm oruc tutmağın xüsusilə faydalı ola biləcəyini təsdiqləyir.

  1. Beyinin funksiyasını gücləndirir və nevroloji pozuntuların qarşısını alır

Araşdırmalar heyvan tədqiqatları ilə məhdudlaşsa da, bir çox təcrübələr orucun beyin sağlamlığına güclü təsir göstərə biləcəyini aşkarlamışdır.

  1. Kalorialmanı məhdudlaşdırırvə metabolizmanı gücləndirir

Bir çox dieta saxlayanlar kilo düşməsinin ən sürətli və asan yolunu oruc tutmaqda tapırlar. Teorik olaraq da bu belədir. Müəyyən qida və içkilərdən qorunmaq bədəndə kalorinin azalmasına səbəb olur. Daha bir araşdırma göstərmişdir ki, bütün gün ərzində oruc tutmaq bədənin ümumi ağırlığını 9%-ə qədər azaldır.

  1. Hormonlarınsekresiyasının inkişafını artırır

İnsan inkişaf hormonu, sağlamlığın bir çox istiqaməti olan bir protein hormonu növüdür. Tədqiqat göstərir ki, bu əsas hormon – artım, metabolizma, kilo itkisi və əzələ gücünə aiddir. Bir neçə tədqiqat nəticəsində orucun təbii olaraq insan inkişaf hormonunun səviyyəsini artıracağı qənaətinə gəlinmişdir. On bir nəfər yetkinlik yaşda olan insan üzərində aparılan tədqiqat orucun inkişaf hormonunun səviyyəsini əhəmiyyətli dərəcədə artırdığını göstərmişdir. Oruc tutmaq qan şəkəri və insulinin səviyyəsini qorumağa kömək edir ki, bu da, insan inkişaf hormonunun optimallaşdırılması üçün mühüm faktdır.

  1. Yaşlanmağı gecikdirir və uzunömürlülüyü artırır

Bir neçə heyvan üzərində aparılan tədqiqatlar nəticəsində orucun ömrü uzatma təsirləri haqqında perspektivli nəticələr tapılmışdır.

  1. Xərçənginqarşısının alınmasına və kimyaterapiyanın təsirinin artmasına kömək edir

Test edilmiş tədqiqatlar orucun xərçəngin müalicəsi və qarşısının alınmasına fayda verə biləcəyini göstərir. Tədqiqatlara görə oruc tutmaq xərçəng hüceyrələrinin bir neçə fırlanma dövrünə məruz qalması ilə şişin böyüməsinin gecikdirilməsində istifadə olunan kimyaterapiya kimi effektiv olmuşdur.

Ətraflı məlumat üçün bax

Həmçinin Cənubi Koliforniya Universiteti (CKU) yanında Leonard Davis adına Gerontologiya (insan yaşını və yaşlanmanı öyrənməklə məşğul olan elm) məktəbinin və CKU Uzunömürlülük Universitetinin professoru və direktoru və bir sıra elmi araşdırmaların müəllifi olan Valter Lonqo CKU tərəfindən hazırlanan news.usc.edu saytında demişdir:

“Ola bilsin ki, çoxlu miqdarda qida qəbul etməklə biz orqanizmin təbii özünüqoruma sisteminin xərçəng hüceyrələri ilə mübarizəaparma qabiliyyətini itirmiş oluruq. Oruc tutmaq və ya pəhriz saxlamaq pis hüceyrələri təbii yolla məhv etməsi üçün orqanizmin gərəkli mexanizmlərini işə salır”.

Ətraflı məlumat üçün bax

Orucun sirr və faydaları müasir alimlər tərəfindən araşdırıldıqca tükənən deyildir. Lakin Uca Allah 1440 il bundan öncə bəlağətli və qısa kəlamı ilə bütün bəşəriyyətə xitab edərək buyurmuşdur:

                                                                                                              ﴿ وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ ﴾

“Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” (“əl-Bəqərə” surəsi, 184-cü ayə)

www.quranmocuzeleri.az