Qəndəhar terrorundan ilk VİDEO yayıldı

Qəndəhar terrorundan ilk VİDEO yayıldı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Ötən həftənin Cümə günü (15 Oktyabr 2021) Əfqanıstanın Qəndəhar şəhərində yaşayan şiələrin Bibi Fatimə Məscidinə edilən terror hücumunun ilk videosu yayılıb.

Şiələr Cümə namazı qılarkən məscidə avtomat silahla basqın edən İŞİD terrorçuları məsciddən çıxanların qarşını silahla alıblar və daha sonra bombanı partladıblar.

Həmin terror hücumunda ardıcıl partladılan 3 bombadan sonra 62 şiə şəhid olmuş və 70 nəfər yaralanmışdı.

Qeyd edək ki, daha öncəki həftənin Cümə günü isə Əfqanıstanın Qənduz şəhərində şiələrin məscidinə edilən hücum zamanı 43 nəfər şəhid olmuş və yüzdən çox insan yaralanmışdı./iqna