Qədim müsəlman şəhəri MDB-in mədəniyyət paytaxtı seçildi

Qədim müsəlman şəhəri MDB-in mədəniyyət paytaxtı seçildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

oxuinfo.com shafaqna.ir portalına istinadla xəbər verir ki, ötən gün Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtının rəsmi elan mərasimi baş tutub.

2020-ci ildə bu fəxri statusu Qazaxıstanın Çimkənd şəhəri daşıyırdı.

Bu il isə bu ada Tacikistanın paytaxtı Düşənbə şəhəri layiq görülüb.

Tədbir zamanı Düşənbə haqda qısa sənədli film də nümayiş etdirilib.

Adıçəkilən şəhər təkcə özünün tarixi və memari cəhətləri seçilmir. Bu gün şəhərdə 9 müzey, 7 teatr, bir neçə kinoteatr, 20-dən çox kitabxana fəaliyyət göstərir.

Tacikistan paytaxtında 60-dan çox park və bağça var.

Bu və gələn il Düşənbə həm də turizm paytaxtı seçilib. Bu titulu ona İqtisadi Əməkdaşlıq Təşkilatı verib.

Rusiyanın “Turstat” agentliyi isə onu MDB-in10 ən təhlükəsiz şəhərləri siyahısına daxil edib.