Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb

Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

    Vanarama şirkətinin avtomobillər üzrə mütəxəssisləri Apple şirkətinin nəqliyyat məsələsi ilə bağlı patentlərini analiz edərək potensial Apple Car elektromobilinin 3D modelini yaradıblar. Rəsmi patent sənədlərinə istinad edərək mütəxəssislər Apple şirkətinin potensial elektromobilinin xarici və daxili dizaynının necə görünə biləcəyini sərgiləyiblər. Beləliklə Apple Car-ın yaradılmış 3D modeli sözsüz ki, Tesla Cybertruck-dan ilhamlanıb. Yaradılmış 3D modeldəki elektromobil şüşə materialdan hazırlanmış vahid örtüyə sahibdir. Bu cür şüşə örtük US10384519B1 nömrəli patent əsasında yaradılıb. Sözügedən patent şüşə panellərin ayrılmalarına ehtiyac duymadan avtomobil modelinin yaradılmasını təsvir edir.

Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb

Bununla yanaşı 3D modeldə adaptiv qapılar reallaşdırılıb. Elektromobildə Apple şirkətinin brendlərini əhatə edən dizayn özəllikləri mövcuddur. Məsələn onun ön tərəfindən Mac Pro dizaynını xatırladan qəfəs konstruksiyası mövcuddur. Elektromobil hərəkətli qapı tutacaqlarına sahibdir. Elektromobilin salonunda böyük ölçülü sensorlu panel yerləşdirilib və həmin panel salonun ön hissəsini tamamilə əhatə edir. Sözügedən sensorlu panel US20200214148A1 nömrəli patent əsasında hazırlanıb. Məlumat və əyləncə sistemi Apple şirkətinin proqram təminatı əsasında qurulub.

Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb

    Siri isə səyahət zamanı sürücünün intellektual köməkçisi rolunda çıxış edir. Sükanın mərkəzində daha bir sensorlu ekran mövcuddur. Məlumatda qeyd edilib ki, Apple şirkətinin əvvəlki patentləri məhsulun yekun xarici görünüşü barəsində çox az məlumatlar verirlər. Lakin Vanarama şirkətinin mütəxəssislərinin hazırladıqları 3D model Apple şirkətinin gələcəkdəki elektromobilinin necə görünə biləcəyini sərgiləyən ilk 3D modeldir. Qeyd etmək lazımdır ki, Apple elektromobil layihəsi barəsində hələ heç bir fikir bildirməyib. Ortaya çıxmış son məlumatlara əsasən şirkət elektromobil istehsalı məsələsində bir sıra avtomobil şirkəti ilə müzakirələr aparır./technote

Patentlər əsasında Apple elektromobilinin ilk 3D modeli yaradılıb