Pakistanda sel fəlakəti: 4 uşaq öldü, 30 yaralı

Pakistanda sel fəlakəti: 4 uşaq öldü, 30 yaralı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təbii fəlakət və qəzalar nəticəsində yeddi nəfər ölüb, 30 nəfərdən çox insan isə yaralanıb. Ölənlərdən dördü uşaqdır.

Xarici KİV-lərin yaydığı məlumata görə, ölənlər tavanların çökməsi və elektrik cərəyanı vurması nəticəsində həyatlarını itiriblər.

Pəncabda elektrik enerjisinin verilişdə problemlər yaranıb, bəzi yerlərdə nəqliyyat dayanma nöqtəsinə çatıb. İctimai nəqliyyatın işi ləngiyib.

Vilayət üzrə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, dünən Lahorda yağış səbəbindən bir evin tavanı çöküb, nəticədə üç uşaq ölüb./metbuat