"ORUCUN FƏRDİ VƏ İCTIMAİ FAYDALARI" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

 “ORUCUN FƏRDİ VƏ İCTIMAİ FAYDALARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Alul-beyt mərkəzində “Orucun Fərdi və İctimai Faydaları” mövzusunda Konfrans keçirib.
Oxuinfo.com xəbər verir ki, Konfransın aparıcısı Hacı Bəkiroğlu konfransın məqsədini və gündəmini açıqladıqdan sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Elmi Şurasının sədri və İkinci Kosalı İslam Mədrəsəsinin müdiri Natiq Əliyev Qurani-Kərim tilavət edib.
Sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftisi Etibar Eminov “Əsri-Səadətdən günümüzə Ramazan” mövzusunda çıxış edərək Həzrət Peyğəmbərin Ramazan ayına verdiyi əhəmiyyətdən danışıb. Müfti çıxışında Əshabın ramazan hazırlığından nümunələr verib və bu günkü ramazan hazırlığından danışıb.
Sonra BGMİ-şeyxi hacı Ramin İgidov “Ramazanın rəhmət ayı olması” mövzusunda çıxış edərək bu ayı haqqı ilə dəyərləndirən kimsənin cənnət qapılarını öz üzərinə açağından danışıb.
Daha sonra Türki Cümhuriyyətinin Gürcüstandakı səfirliyinin Din İşləri müşaviri Ahmet Erdem “Ramazanda comərdlik və israf” mövzusunda, BGMİ-nin Fətva bə Quran Məsələləri Şöbəsinin sədri Rezo Mikeladze “Ramazan Quran ayıdır” mövzusunda, Marneulinin baş axundu hacı Əziz Nəbiyev “Oruc onu tutana nə qazandırar” mövzusunda, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Anar Rəsulov “Dünəndən bu günə Ramazan” mövzusunda, Əl Mustafa Beynəlxalq Universitetinin Gürcüstan üzrə nümayəndəsi Həsən Yusif Zadə “Ramazanda zamanın dəyəri” mövzusunda, BGMİ-nin Elmi Şurasının üzvü və Tbilisi Cümə Məscidinin imamı Şirxan Çobanov isə “Orucun Fərdi və İctimai Faydaları” mövzusunda çıxış ediblər. Daha sonra ictimai xadimlərdən Səyyad Xəlilov, professor Mahmud Kamaloğlu, Gürcüstan Parlamentinin keçmiş deputatı Mübariz Qarayev və Dini Agentliyinin nümayəndəsi Abay Paşayev çıxış ediblər.
Həmçinin proqramda BGMİ-nin nəşr etdirdiyi kitabların təqdimatı olunub. Tədbirin sonunda BGMİ-nin əməkdaşları Musa Hacıyev, Hacı Bəkiroğlu, Elsevər Əhmədov və Faiq Nəbiyev təşəkkürnamə ilə təltif olunublar.